12 Noyabr 2018 15:21
319
DÜNYA
A- A+

Honkonq laboratoriyasında robot Sofiya üçün əlavə proqramlar hazırlanır


Honkonq texnoloji laboratoriyasında məşhur robot Sofiya üçün əlavə funksiyaları ehtiva edən proqramlar hazırlanması üzrə işlər davam edir.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, artıq robot zərif hərəkətlər – süzərək geriyə dönmə, hoppanma, klassik tərzdə heykəltəraşlıq etmə vərdişlərinə yiyələnir. Bununla yanaşı, Sofiya insanlarla təması hiss edərək onların üzündəki ifadəni də hiss edə biləcək.

Sofiyanın müəllifi olan "Hanson Robotics” firmasının rəhbəri Devid Hanson bildirib ki, hazırda robotun öz emosiyalarını büruzə verməsi ilə yanaşı, qarşısındakı insanın əhval-ruhiyyəsinə uyğun davranması üzərində işlər davam edir. Onun sözlərinə görə, Sofiya insan sifətində sevinc, kədər, heyrət, üzüntü bildirən hər bir əzələnin stimulyasiyasına malikdir. "Tətbiq etdiyimiz bəzi yeniliklər sayəsində robot sizin üzünüzdə olan hər bir ifadəni "anlaya biləcək və buna adekvat reaksiya verəcək”, -deyə Hanson əlavə edib.

Hisləri ifadə etmək proqramı ilə yanaşı, texnoloji materiallar vasitəsilə Sofiyanın üzü daha elastik hala gətirilib. Bunun üçün laboratoriyada neyrobiologiya və insanın üz nahiyəsinin bioloji strukturu dərindən öyrənilib. CNN-də dərc olunmuş məqalədə bildirilir ki, Sofiyanı icad etdiyi ilk vaxtlarda Hanson onu dünyadakı bütün məşhur qadın tiplərinə, xüsusən qədim Nefertiti təsviri, amerikan aktrisası Odri Hepbern və çinli xanımların obrazına uyğunlaşdırmağa, eyni zamanda robota xas olan davranışı qoruyub saxlamağa çalışıb. "Sofiyada insana xas olan xüsusiyyətlərin və texnologiyanın vəhdətini əks etdirmək çox vacib idi. Bu iki amilin vəhdəti sayəsində daha mükəmməl nəticə əldə etmək olar. Beləliklə, bu robot həm artist, həm maneken, həm incəsənət əsərlərinin ifaçısı, həm də mükəmməl texnologiya nümunəsinə çevrilir. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı vətəndaşlığı almış Sofiya dünyada milliyyəti olan ilk robotdur”, -deyə Hanson qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video