11 Noyabr 2018 23:54
730
İDMAN
A- A+

Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri yarışlarında üç idmançımız finalda qızıl medal qazanıb


Özbəkistan Bədən Tərbiyəsi və İdman Nazirliyi, Beynəlxalq Cüdo Federasiyasının təşəbbüsü ilə Daşkənddə cüdo üzrə keçirilən Qran-Pri yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirdə dünyanın 50 ölkəsindən 350 idmançı iştirak edib. Ölkəmizi turnirdə 8 kişi, 3 qadın idmançımız təmsil edib.

Bu gün keçirilən final yarışlarında İrina Kindzerska (78), Məmmədəli Mehdiyev (90) və Elmar Qasımov (100) rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Yarışları Daşkənddə yaşayan soydaşlarımız da izləyib, onlar idmançılarımızın qələbəsini Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq alqışlayıblar.

Turnirə qatılan cüdoçumuz Nicat Şıxəlizadə isə bürünc medal qazanmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video