11 Noyabr 2018 23:53
414
İQTİSADİYYAT
A- A+

Əbu-Dabidə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası keçirilib


Noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti XI iclası keçirilib.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, iclasda OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei salamlama nitqi ilə çıxış edib.

Daha sonra JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih və OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindonun çıxışları dinlənilib. Çıxışlarda "Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrin əldə etdiyi nailiyyətlərdəki, neft istehsalçısı və istehlakçısı ölkələrin, o cümlədən qlobal iqtisadiyyatın maraqlarına xidmət edən balanslı, davamlı və sabit neft bazarının formalaşmasındakı əhəmiyyəti vurğulanıb.

İclasda Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyası tərəfindən hazırlanan aylıq hesabat nəzərdən keçirilib. Həmçinin qlobal neft bazarındakı qısamüddətli hadisələr təhlil edilib, eləcə də gələcək perspektivlər və 2019-cu il üçün ssenarilər müzakirə olunub.

Bildirilib ki, qlobal iqtisadi artımdakı qeyri-müəyyənliklərin 2019-ci ildə neft tələbatına təsirləri ola bilər, həmçinin bu, tələb və təklif arasında uçurumun genişlənməsinə gətirib çıxara bilər.

Qeyd olunub ki, oktyabrda OPEC+ sazişinə 104 faiz əməl edilib. Bundan başqa, JMMC-nin XII iclasının dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilməsi barədə qərar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video