11 Noyabr 2018 15:23
764
İDMAN
A- A+

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 200 gün qalıb


Avropanın 56 futbol klubunun iştirak etdiyi UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final qarşılaşmasına 200 gün qalır.

AZƏRTAC xəbər verir ki, Avropanın nüfuzlu klub turnirinin final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən "Çelsi”, "Arsenal”, "Milan”, "Sevilya”, "Marsel”, "Latsio”, "Beşiktaş”, "Fənərbağça”, ÇSKA, "Zenit” kimi tanınmış klublar arasında daha güclü olan ikisinin görüşünü izləmək imkanı qazanacaqlar.

Bu mühüm matçın təşkilati və UEFA ilə əlaqələndirmə işlərinə məsul olan AFFA ilk dəfə özünün könüllülük proqramını təqdim edəcək. Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli bu idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Noyabrın 21-də final oyunu üçün xüsusi hazırlanmış www.finalbaku2019.com saytında "Road to Baku” (Bakıya aparan yol) adlı oyun istifadəyə veriləcək. UEFA Avropa Liqasının tarixini yaxşı bilənlər bu oyunda qaliblər sırasında yer ala bilərlər. Çünki oyunda 1971-1972-ci il mövsümündən başlayaraq bu günədək Liqa, eləcə də milli futbolumuzun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq.

Avropa Liqası təkcə futbol zövqünü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.com saytında artıq iki aydır ki, futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018-2019-cu il mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bu günədək yarışda 2 mindən çox iştirakçı qeydiyyatdan keçib. Yarışın əsas mükafat fondu 2 min manatdır.

Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona mayın 25-29-da fəaliyyət göstərəcək. Bundan əlavə, İntellektual Oyunlar üzrə Kubokun, UEFA Avropa Liqasının tarixi, əfsanəvi futbolçular və komandalarla bağlı əşyaların nümayiş etdiriləcəyi irimiqyaslı "Hall of Fame” adlı tədbirin təşkili, eləcə də şəhərimizin müxtəlif nöqtələrində tədbir və oyunların keçirilməsi nəinki futbol azarkeşlərini, hər kəsi Liqanın bir hissəsinə çevirəcək.

Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili isə insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında birləşdirəcək.

Bundan əlavə, mayın 25-27-də Bakıda dünya futbol ulduzlarının iştirakı ilə "Speaker panel” tədbiri keçiriləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ilin mayında futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. Final matçı gələn il mayın 29-da oynanılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video