11 Noyabr 2018 00:39
826
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200,

№ 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci və 7.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

"7.1. Məcəllənin 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri;

7.2. Məcəllənin 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 484, 487.1.1, 487.1.2, 487.2, 487.3, 488, 490, 493, 499.1.1, 499.1.2 və 500-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin Aparatının Əməliyyat-İstintaq Baş İdarəsinin şöbə (bölmə) rəisləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin idarə, şöbə və bölmə rəisləri, onların müavinləri, gömrük postlarının rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video