Ağdam İlham Əliyevin siyasi kursuna hər zaman sadiqdir
"Siz I Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmisiniz. Bu dəfə də - Aprel hadisələrində də böyük qəhrəmanlıq nümayiş etdirdiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir. Mən bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm ki, siz o ağır günlərdə xalqa, dövlətə olan sədaqətinizi göstərmisiniz, qəhrəmanlıq göstərmisiniz. Bilin ki, Ağdam rayonunun inkişafı daim diqqət mərkəzindədir”.
İki il öncə, 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı Ağdam bir daha sınağa çəkildi. Erməni silahlı birləşmələri rayonun bizim nəzarətimizdə olan kəndlərini atəşə tutub qorxu-vahimə hissi yaratmaq istəsələr də, yenə mətin dayandı ağdamlılar. 743 ev dağıldı, həyətlər bombalandı, amma yerli əhali Ali Baş Komandanına, onun müzəffər ordusuna güvənərək bir addım da geri çəkilmədi və cəbhədə gərginliyin davam etdiyi zamanda, may ayının 1-də ön xəttə, Ağdama gələn Prezident İlham Əliyev əhalinin bu qəhrəmanlığını dəyərləndirərkən bu fikirləri söylədi. Bu, İlham Əliyevlə xanımı Mehriban Əliyevanın ağır günlərdə cəbhəyanı ərazilərdə düşmənlə üz-üzə yaşayan insanlarla hər zaman bərabər olduqlarının təsdiqi və onlara göstərdikləri dəstəyin, hörmətin, məhəbbətin ifadəsi idi.
Cəmi 7 aydan sonra dağıdılmış evlərin bərpası və dövlət başçısının xanımı Mehriban Əliyeva ilə yenidən Qarabağa səfəri bir daha təsdiqlədi ki, ağdamlıların ən böyük himayədarı yenə də Azərbaycan Prezidentidir.
Həmin günü çox əlamətdar tarix adlandıran İlham Əliyev bəyan etdi ki, bu evlərin timsalında güclənən Azərbaycan və onun mətin vətəndaşı görünür.
Hər zaman Ağdamın sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki ildən sonra noyabr ayının 5-də bir daha Qarabağ səfərinə çıxdılar. Bu səfər də, digərləri kimi, çox əlamətdar hadisələrlə yaddaşlara yazıldı.
Öncə onu vurğulamaq yerinə düşər ki, bu, İlham Əliyev və Mehriban Əliyevanın son 2 ildə Ağdama 3-cü səfərləri idi. Bu səfər ilk növbədə ağdamlıların timsalında bütün qaçqın və məcburi köçkünlərin dəyanət hissini daha da gücləndirdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycan dövləti işğal faktı ilə barışmayacaq və bu gün istənilən varianta hazırdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə hazır olan qətiyyətli Ali Baş Komandanı və onun müzəffər ordusu var. Aprel döyüşləri kimin nəyə qadir olduğunu sübut edib. Aprel döyüşlərini barışmaz ruhumuzun təzahürü adlandıran İlham Əliyev Ağdamda bir daha işğalçı Ermənistana mesajlar ünvanladı. Bəyan etdi ki, bunu heç gizlətməyə də ehtiyac yoxdur. Azərbaycan bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcək, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyünü bərpa edəcək. Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar.
Noyabrın 5-i təqvim günü Ağdamın tarixinə ən əlamətdar gün kimi yazıldı. Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın rayona göstərdikləri diqqət və qayğı Ağdam ictmaiyyətini daha da qürurlandırdı. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Muğam Mərkəzinin, "Azərxalça”nın Ağdam filialının, 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının açılışı Ağdama verilən qiymətin, göstərilən diqqət və qayğının bariz təcəssümü idi.
Bu gün 198 600 nəfər əhalisi olan Ağdamın 93 min nəfərədək sakini hazırda rayonun ərazisində yaşayır. Qalan əhalisi respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun inkişafına böyük diqqət göstərilir. Son aylarda görülən abadlıq-quruculuq işləri daha da artıb. Ümumiyyətlə, rayonun işğal altında olmayan 44 yaşayış məntəqəsində müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa işləri görülüb. Rayonda Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, Ağdam Rayon Mərkəzi Xəstəxanası və Uşaq Xəstəxanası, Doğum Evi, Bayraq meydanı və Bayraq Muzeyi, Avtovağzal Kompleksi tikilib. Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb, ümumi uzunluğu 72,7 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub. Ümumiyyətlə, rayonun yol infrastrukturu təxminən 95 faiz təzələnib. Bundan başqa, 39 ümumtəhsil məktəb istifadəyə verilib, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilib, digər mühüm infrastruktur layihələri həyata keçirilib.
Bu gün Ağdamda reallaşan və həyata keçirilməkdə olan layihələr rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verir. Hazırda rayonda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, qazlaşdırmanın səviyyəsi 98 faizdir.
Ölkə ictimaiyyətinə yaxşı bəllidir ki, Qarabağ müharibəsinin böyük ağırlıqları məhz Ağdam əhalisinin üzərinə düşüb. Buna baxmayaraq, Ağdam düşmənə ciddi müqavimət göstərib. Elə bu gün də belədir. İşğala məruz qalsa da, minlərlə şəhid versə də, Ağdamda həyat qaynayır. İlham Əliyevin qayğısı sayəsində Ağdam əvvəlki şöhrətini qaytarır. Səfərdən sonra dövlət başçısının rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar da təsdiq edir ki, Ağdam getdikcə daha da çiçəklənəcək.
Prezidentin sərəncamlarına əsasən təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evi bərpa ediləcək, rayonun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binası tikiləcək, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusu qazılacaq. Bunun üçün isə Prezidentin Ehtiyat Fondundan 6.5 milyon manat vəsait sərf olunacaq.
Göründüyü kimi, dövlət başçısının Ağdama bütün səfərləri rayon əhalisinin həyatında, xatirələrində silinməz izlər qoyur. İki ildə üç səfər bütün ağdamlılar tərəfindən onlara böyük himayədarlığın bariz təcəssümü kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Muğam Mərkəzi isə Mehriban xanım Əliyevanın Qarabağın muğam beşiyinə növbəti töhfəsi oldu. Həmişə olduğu kimi, yenə də Ağdam dövlət başçısına öz möhtəşəm dəstəyini, etimadını nümayiş etdirərək onun siyasi kursuna hər zaman sadiq olduğunu göstərdi.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq...
19 Mart
Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!