10 Noyabr 2018 21:26
578
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Səbail” komandası “Sabah”ı böyük hesabla məğlub edərək üçüncü pilləyə yüksəlib


Noyabrın 10-da "Sabah”-"Səbail” matçı ilə Topaz Premyer Liqasının 11-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun "Əlincə Arena”da oynanılan açılış matçında "Səbail” komandası böyük hesabla qələbə qazanıb – 0:4.

Qarşılaşmanın ilk dəqiqələrində irəli atılan meydan sahibləri rəqibin qapısı qarşısında bir neçə təhlükəli hücum yaradıb. Buna baxmayaraq, rəqibi əks-hücumda yaxalayan "Səbail” matçın 4-cü dəqiqəsində hesabı açıb. Ruslan Qurbanov cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Oyunun 27-ci dəqiqəsində "dənizçilər” hesab arasındakı fərqi iki topa çatdırıblar. "Səbail”in fransalı hücumçusu Kevin Kubemba uzaq məsafədən qapını dəqiq nişan alıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra "Səbail” yenidən fərqlənib. Matçın 57-ci dəqiqəsində müdafiəçilərin səhvindən istifadə edən Yevgeni Koçuk fərqi üç topa çatdırıb. Lakin bu da oyunda sonuncu qol olmayıb. Matçın 77-ci dəqiqəsində Yevgeni Koçuk dublunu rəsmiləşdirərək oyunda son nöqtəni qoyub – 0:4. Matç bu hesabla da yekunlaşıb.

Bu qələbədən sonra "Səbail” xalların sayını 18-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. Premyer Liqada ardıcıl ikinci dəfə məğlub olan "Sabah” klubu isə 16 xalla dördüncü sıraya geriləyib.

Günün ikinci oyununda çempionatın vahid lideri "Neftçi” autsayder "Zirə” ilə qarşılaşır.

Tura noyabrın 11-də "Qəbələ”–"Qarabağ” və "Sumqayıt”–"Keşlə” oyunları ilə yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video