10 Noyabr 2018 20:37
331
CƏMİYYƏT
A- A+

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Dövlət Bayrağı Gününə həsr olunmuş "Sən yaşa, Azərbaycan!” adlı tədbir keçirilib.

"Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində keçirilən tədbirdə "Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin, Nəqliyyat Kollecinin müəllim və tələbələri, yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində "Sən yaşa, Azərbaycan!” adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, bu qurumun nəzdindəki "Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycan milli geyimlərini, həmçinin Qarabağ zadəganlarının bəy geyimlərini də nümayiş etdiriblər. Mədəniyyət Mərkəzinin konfrans salonunda Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımız haqqında danışıb, Mədəniyyət Mərkəzinin "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Sonra, o, iki xalq arasında elm, ədəbiyyat sahələrində fərqlənən Azərbaycan və özbək alimlərinə fəxri diplomlar təqdim edib.

Özbəkistanda səfərdə olan Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva dövlət rəmzimiz, istiqlalımızın simvolu olan bayrağımızın tarixi, onun keçdiyi yol barədə danışıb. O, ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın bərpa edilməsinin müstəqilliyimizə ən böyük töhfə olduğunu vurğulayıb.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan "Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün oxu” klipi nümayiş etdirilib. Klipdə Özbəkistanın bir sıra musiqi qrupları, ifaçıları, rəqs ansamblları iştirak ediblər.

Vətənpərvərlik, Vətən həsrəti hisslərindən, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsimizin dağıdılmasından bəhs edən, habelə Azərbaycan-Özbəkistan dostluğunu təbliğ edən klip tamaşaçıların alqışları ilə qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video