Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:14 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Türk Dünyası Dövlətçilik İrsi” mövzusunda I Beynəlxalq Ağsu Simpoziumu keçirilir
“Türk Dünyası Dövlətçilik İrsi” mövzusunda I Beynəlxalq Ağsu Simpoziumu keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:34 09.11.2018

Noyabrın 9-da Ağsuda "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Odlar Yurdu Universiteti, Türkiyənin Kastamonu Universiteti, İtaliyanın Yokoku Assosiasiyası və Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan "Türk Dünyası Dövlətçilik İrsi” mövzusunda I Beynəlxalq Ağsu Simpoziumu işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın, Türkiyənin, İtaliyanın və Gürcüstanın 15-dək universitet və elmi mərkəzini təmsil edən alimlərin və tədqiqatçıların qatıldıqları simpoziumun iştirakçıları əvvəlcə Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin konfrans zalında baş tutan açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib. Simpoziumun təşkilat komitəsinin sədri Fariz Xəlilli çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Sərəncamı, çoxsaylı tədbirlərin keçirilməsi dövlətçilik tariximizə dair araşdırmalara stimul verib. O, ümidvar olduğunu bildirib ki, bu gün öz işinə başlayan və iki gün davam edəcək I Beynəlxalq Ağsu Simpoziumu bu baxımdan əhəmiyyətli olacaq.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Odlar Yurdu Universitetinin prorektoru Tərlan Abdullayev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev, AMEA-nın müxbir üzvü Vəli Əliyev, Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev, Yokoku Assosiasiyasının prezidenti Andrea Makkia, AzGranata-nın direktor müavini Vüqar Mikayılov simpoziumun həm elm aləmi, həm də Ağsu üçün əhəmiyyətindən danışıblar.

Günün ikinci yarısında simpozium iştirakçıları XV əsrin yadigarı olan Ağsu şəhərindən 1 kilometr aralıda yerləşən Şeyx Dursun türbəsinə gəliblər. Burada 2018-ci ilin iyul-noyabr aylarında həyata keçirilən konservasiya və konsolidasiya işlərinin təqdimatı keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev Şeyx Dursun türbəsində görülən işlərin təqdirəlayiq olduğunu deyib, sovet dövründə bərpa zamanı baş vermiş yanlışlıqların aradan qaldırılmasını mühüm hadisə adlandırıb.

Yokoku Assosiasiyasının prezidenti Andrea Makkia Azərbaycan və İtaliya bərpaçılarının bu əməkdaşlığının və təcrübə mübadiləsinin davamlı olacağına əminliyini bildirib.

Tarixçi Fariz Xəlilli Əhməd Padarın oğlu Şeyx Dursunun orta əsrlərin önəmli sufi ünvanlarından olan övliyaların qütbü və şəhidlərin sədri adını daşımasını və Şirvanşahlar dövlətində əsas sufi məktəbi olan xəlvətiliyə mənsub olmasını qeyd edib. Sonra alim və mütəxəssislərin sualları cavablandırılıb.

Simpoziumun sabah davam edəcək bölmə iclaslarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, daxili və xarici siyasəti, Cümhuriyyət dövründə mədəniyyət və ədəbiyyat, Azərbaycan parlamenti, azərbaycanlılara qarşı soyqırımı aktları, Qafqaz İslam Ordusunun Bakını azad etməsi, Azərbaycan mühacirəti tarixi, Azərbaycan Xalq Cümhuriyyəti - 100 il rəqəmlərdə: əhali, iqtisadiyyat və beynəlxalq əlaqələr mövzularında məruzələr dinləniləcək.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM