09 Noyabr 2018 21:30
386
DÜNYA
A- A+

Casus qalmaqalı Rusiya-Avstriya münasibətlərini gərginləşdirə bilər


Avstriyanın Zaltsburq Şəhər Prokurorluğu Rusiya üçün casusluq etməkdə şübhəli bilinən təqaüddə olan zabitə qarşı cinayət işi açıb.

AZƏRTAC xəbər verir ki, zabit uzun illər boyu Rusiya xüsusi xidmət orqanlarını Avstriyanın hərbi potensial və strukturları barədə məlumatlarla təmin etməkdə ittiham olunur. Avstriyanın federal kansleri Sebastian Kurts və müdafiə naziri Mario Kunasek birgə mətbuat konfransında mediada dolaşan xəbəri təsdiqləyiblər. S.Kurts bildirib ki, məsələ hələ şübhə səviyyəsində olmasına baxmayaraq, belə bir şübhənin mövcudluğu diplomatik münasibətlərə təsir edəcək.

Verilən məlumatlara görə, mətbuatda adı çəkilməyən zabit ötən əsrin 90-cı illərindən 2018-ci ilədək Rusiya üçün casusluq fəaliyyəti göstərib. S.Kurts Rusiya tərəfindən bu məsələ ilə bağlı şəffaf informasiya verilməsini gözlədiklərini ifadə edib. Şübhələr təsdiqlənəcəyi təqdirdə, yetmiş yaşlı təqaüdçü zabit 10 ilədək həbs cəzasına məhkum edilə bilər.

Diplomatik soyuqluq üçün isə artıq ilkin addımlar atılıb. Avstriyanın xarici işlər naziri Karin Knayslın dekabrın əvvəlində Moskvaya nəzərdə tutulan səfəri artıq ləğv edilib və Rusiya səfirliyinin müvəqqəti işlər vəkili İqor Nikitin casusluq məsələsi ilə bağlı Avstriya Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriya tərəfini məsələ ilə bağlı Moskvaya birbaşa müraciət etmək əvəzinə, "meqafon diplomatiyası" yürütməkdə ittiham edib.

Avstriyanın gündəlik "Krone” qəzeti isə beş il bundan əvvəl təqaüdə çıxan və hazırda Cinayət Məcəlləsinin dövlət əhəmiyyətli sirlərin yayılması və başqa ölkəyə hərbi əhəmiyyətli məlumatların ötürülməsi maddələri ilə ittiham olunan keçmiş hərbçinin göstərdiyi casusluq fəaliyyətinə görə ümumilikdə 300 min avro pul aldığını yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video