09 Noyabr 2018 21:26
303
CƏMİYYƏT
A- A+

Mixail Boçarnikov: Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanışlığım məndə xoş təəssüratlar oyatdı


Naxçıvanın çox gözəl təbiəti, qədim tarixi və mədəni abidələri, iqtisadi potensialı ilə yaxından tanış oldum. Yerli əhalinin tələbatının ödənilməsi üçün bir çox sənaye və kənd təsərrüfatı məhsulları məhz Naxçıvanda istehsal olunur. Bu, yaxşı haldır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

Muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını qeyd edən Mixail Boçarnikov bildirib ki, Naxçıvan Avtomobil Zavodunda olarkən burada istehsal edilən nəqliyyat vasitələrinə təkcə muxtar respublikada deyil, Azərbaycanın digər bölgələrində də böyük tələbat olduğunu öyrənib.

Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanışlığın onda xoş təəssüratlar oyatdığını bildirən səfir deyib: "Bu məktəbdə müasir standartlara cavab verən şəraitin yaradılmasını yüksək qiymətləndirirəm. Məktəbdəki tədris prosesi ilə yaxından tanış oldum, təhsil ocağının pedaqoji kollektivi ilə söhbət zamanı burada işləyən müəllimlərin öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarına şahidlik etdim. Bu, məni çox sevindirdi”.

Mixail Boçarnikov muxtar respublikadan xoş təəssüratlarla ayrıldığını deyib, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video