Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:13 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hikmət Hacıyev: Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
21:12 09.11.2018

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin uğurları, eləcə də son günlər aktual olan bir sıra məsələlərlə bağlıAZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Yola salmaqda olduğumuz həftə də Azərbaycanın xarici siyasəti baxımından intensiv oldu və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri ilə müşayiət edildi. Bu barədə fikirlərinizi bilmək istəyirik.

-Həftə ərzində ölkəmizə olan səfərlər və dövlətimizin başçısının xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlər ölkəmizin xarici siyasətinin nə dərəcədə dinamik, çevik və çoxşaxəli olmasının növbəti göstəricisidir. Paytaxt Bakı Fələstinin Asiya qitəsi ölkələrində səfirlərinin toplantısına ev sahibliyi etdi və bu xüsusda dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Nəzərə almaq lazımdır ki, Fələstin məsələsi beynəlxalq gündəlikdə duran ən aktual mövzulardan biridir və ölkəmiz də bu məsələnin həll edilməsinə, fələstinlilərin humanitar problemlərinin aradan qaldırılmasına öz töhfəsini verir. Dövlətimizin başçısı, həmçinin Səudiyyə Ərəbistanının daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz siyasətinə görə Səudiyyə Ərəbistanının bu ölkə ilə əlaqələri yoxdur. Ümumiyyətlə, ölkəmiz İslam həmrəyliyinə sadiqdir və əməli addımlarla İslam həmrəyliyinin gücləndirilməsinə öz əsaslı töhfəsini verir.

Azərbaycan və Avropa İttifaqı arasında bu il oktyabrın sonunda keçirilmiş ilk təhlükəsizlik dialoqunun ardınca Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizdə səfərdə oldu və Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir və Aİ-dən olan yüksək vəzifəli rəsmilərdən birinin də dediyi kimi, Azərbaycan sabit, müasir və mötədil siyasət yürüdən ölkədir. Başqa sözlə desək, Azərbaycan Avropa İttifaqı üçün təbii tərəfdaşdır. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsinin başa çatdırılması əməkdaşlığın hərtərəfli inkişafına əlavə təkan verəcək.

Dövlətimizin başçısının ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizin Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfəsi, NATO üzv ölkələrinə göstərdiyi tranzit və nəqliyyat dəstəyi, ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Bir sözlə, onu deyə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir və ölkəmizin tərəfdaşlıq əlaqələri məzmun və coğrafi baxımdan davamlı surətdə genişlənir.

-Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəmizin haqlı və ədalətli mövqeyinin daha da güclənməsi tendensiyası davam edir. Bütün tərəflər status-kvonun qəbuledilməzliyini etiraf edirlər. Bununla bağlı nə deyə bilərsiniz?

-Xatırlatmaq istərdim ki, 2011-ci ildə "Böyük Səkkizliy”in Dövildə keçirilmiş Sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində verdikləri bəyanatda status-kvonun qəbuledilməz olduğunu vurğulamışdılar. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada ATƏT-in Daimi Şurasında keçirdikləri brifinq əsnasında da status-kvonun qəbuledilməzliyi ABŞ və digər nümayəndə heyətləri tərəfindən bir daha səsləndirildi. Birmənalı olaraq, işğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını ehtiva edir.

Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına əsaslanır.

Yalnız son bir neçə aylıq dövrə nəzər salsaq Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədini, NATO-nun Brüssel Sammitinin yekun bəyanatını, Almaniyanın Kansleri və bu ölkənin Xarici İşlər Nazirliyinin, ABŞ-ın yüksək vəzifəli rəsmiləri və Ermənistandakı səfirinin, Belçika Xarici İşlər Nazirliyinin açıqlamalarını, həmçinin İstanbulda keçirilmiş Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə qəbul edilmiş bəyanatları qeyd edə bilərik. Ümumiləşdirilmiş şəkildə desək, bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və münaqişənin həll edilməsi üçün Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmalı olduğu vurğulanır.

Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi, ilk növbədə, dövlətlərin BMT Nizamnaməsi əsasında öz üzərlərinə götürdükləri öhdəliklərə sadiqliyinin göstəricisidir.

Ermənistan reallığı düzgün qiymətləndirməli və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişənin həllində irəliləyişin əldə olunması, regionun ehtiyac duyduğu davamlı sülhün təminatı mümkündür.

-Bu günlərdə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının Zirvə toplantısı keçirildi. Sammit Ermənistan üçün növbəti uğursuzluqla başa çatdı. Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Təbii ki, bu, KTMT üzv dövlətlərinin qəbul etdiyi qərardır. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə toplantısını yaxından izləyib. Sammit nəticəsində qəbul edilmiş sənədlər və yekun bəyanat barədə qeyd götürülüb. Bu qəbildən olan sənədlərdən biri müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusu barədədir. O ki qaldı Ermənistana, bu ölkənin bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir.

Nəzərə almaq lazımdır ki, məlum səbəblərə görə Ermənistan istisna olmaqla Azərbaycanın KTMT-nin bütün üzv dövlətləri ilə çox sıx dostluq və tərəfdaşlıq münasibətləri var. İkitərəfli və çoxtərəfli müstəvilərdə bu əməkdaşlıq daha da genişləndirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM