Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:13 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Xalq artisti Amaliya Pənahova son mənzilə yola salınıb
Azərbaycanın Xalq artisti Amaliya Pənahova son mənzilə yola salınıb
ANA SƏHİFƏ / Mədəniyyət
21:08 09.11.2018

Noyabrın 9-da müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu. Salonda həzin matəm musiqisi səslənirdi. Sənətkarın tabutu önünə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin adından əklillər qoyulmuşdu.

Amaliya Pənahovanın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gələrək görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev mərhum sənətkarın Azərbaycan teatr və kinosunun inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı bənzərsiz obrazlar qalereyasından, onun insani keyfiyyətlərindən söz açıb.

Bildirilib ki, müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Amaliya Pənahova zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. O, təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin tarixi ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.

Nazir deyib ki, Amaliya Pənahova Azərbaycan Dövlət Teatr İnstitutunun ikinci kursunda oxuyarkən mərhum rejissor Tofiq Kazımovun dəvəti ilə Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən” əsəri əsasında hazırlanmış tamaşada Nargilə rolunu oynayıb. Bu rol ona çox böyük şöhrət qazandırıb. O, tələbə ikən tanınıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. Yaratdığı bənzərsiz obrazlarla milyonların sevimlisinə çevrilmiş sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanıb, sənətsevərlərin qəlbinə yol tapıb. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir.

Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Amaliya Pənahova həm də məşhur kino ustası olub. O, onlarla filmdə müxtəlif xarakterli obrazlar qalereyası yaradıb.

Ə.Qarayev deyib ki, Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə Bakı Bələdiyyə Teatrı fəaliyyətə başlayıb. Bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Ötən müddət ərzində bu teatr nəinki ölkəmizdə, həm də yaxın, uzaq məmləkətlərdə Azərbaycanı layiqincə təmsil edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Amaliya Pənahovanın teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirdiyini bildirən nazir vurğulayıb ki, o, respublikada gənc aktyorlar nəslinin yetişməsi üçün böyük əmək sərf edib.

Amaliya Pənahovanın ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulayan Ə.Qarayev deyib ki, o, ikinci çağırış Milli Məclisə deputat seçilərək mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə öz töhfəsini verib.

Nazir bildirib ki, ömrünü Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə sərf edən aktrisanın əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanla yanaşı, dünyanın bir sıra nüfuzlu beynəlxalq mədəniyyət ocaqlarının fəxri fərmanlarına, medallarına layiq görülüb.

Amaliya Pənahova ilə bağlı xatirələrini bölüşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov onu tələbəlik illərindən tanıdığını deyib: "İkinci kursda oxuyarkən yaratdığı Nargilə rolu onu çox məşhurlaşdırmışdı. Tələbələr ona qibtə ilə baxırdılar. Amaliya təkcə aktrisa deyildi, o, həm də yaradıcı bir insan idi. O, yarım əsrdən çox bir dövrü əhatə edən sənət fəaliyyətində 12 televiziya və teatr tamaşasına quruluş verib. Bunların çoxu lentə alınıb və hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. Amaliyanın yaradıcılığı böyük bir epoxanı əhatə edir. Bu dövr onun adı ilə bağlıdır”.

Səhnədə ilk tərəf müqabili olan Amaliya Pənahovanı heç vaxt unutmayacağını söyləyən Xalq artisti Nürəddin Mehdixanlı deyib ki, bu gün Azərbaycan tamaşaçısı bənzərsiz bir sənət fədaisi ilə vidalaşır. "Amaliya Pənahova yaşadığı illər ərzində çoxlarının görə bilmədiyi işlərə imza atdı. O, sənətinin fədaisi idi. İstər teatrda, istər kinoda Amaliya Pənahovanın gördüyü işlər bir-iki rolun adını çəkməklə bitib-tükənmir. Bu gün biz 19 yaşında bu səhnəyə çıxaraq hamının sevimlisinə çevrilmiş böyük bir sənətkarı 73 yaşında yola salırıq”, - deyə N.Mehdixanlı bildirib.

Vida mərasimində Xalq artistləri Hacı İsmayılov və Rafael Dadaşov sənət dostları Amaliya Pənahova ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatr sənətinin inkişafı naminə gördüyü işlərdən söz açıblar.

Mərhumun ailəsi adından çıxış edən oğlu İlqar Muxtarov anasının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Amaliya Pənahova "Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn olunub.

Allah rəhmət eləsin!

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM