09 Noyabr 2018 21:06
412
CƏMİYYƏT
A- A+

Rusiya səfiri Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub


Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Dövlət Xalça Muzeyində olan qonağa bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzeydə hazırda qədim xalq sənətimizi nümayiş etdirən 3 mindən çox eksponat var.

"Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qorunub saxlanılan, eramızdan əvvəl V-III minilliklərə aid nadir tarixi eksponatlar, Naxçıvanın 5 minillik şəhər mədəniyyəti barədə məlumatlar qonaqda böyük maraq doğurub.

Nuh Peyğəmbərin türbəsində olan səfirə məlumat verilib ki, bu abidənin qədim dövrlərdən mövcudluğu elmi araşdırmalarla öz təsdiqini tapıb. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı "Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Səfir Naxçıvan Biznes Mərkəzində də olub. Burada qonağa məlumat verilib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 382 növdə məhsul istehsal edilir.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn diplomata bildirilib ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, bura genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin edilib.

Mixail Boçarnikov Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə də olub. Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 32 sinif otağı, fənn laboratoriyaları və digər otaqlar var. Burada rus dilində tədrisin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.

Səfir Naxçıvan Avtomobil Zavodunun, "Gəmiqaya Mebel Fabriki”, "Gəmiqaya Mineral Sular” və "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal potensialı ilə maraqlanıb, "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Batabat iqlim kurort zonası və Ağbulaq İstirahət Mərkəzi ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video