09 Noyabr 2018 09:47
725
İDMAN
A- A+

"Qarabağ" ilk qələbəsini qazandı


Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ” – "Vorskla” görüşü keçirilib.

"Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.

Ukraynanın "Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxıblar.

Aleksey Butovski adına stadionda keçirilən qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edib.

Qarşılaşmanın 13-cü dəqiqəsində Maksim Medvedevə qarşı qayda pozuntusuna görə oyunun baş hakimi ukraynalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb - 0:1. Bu, ağdamlıların UEFA Avropa Liqasında ilk qolu olub.

Qoldan sonra hücumlarını davam etdirən Qurban Qurbanovun yetirmələri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da hesab dəyişməyib.

İlk hissə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra ukraynalı fanatlar meydana yandırıcı maddələr atdıqlarına görə isveçrəli referi oyunu dayandırıb.

Görüş bir neçə dəqiqədən sonra davam etdirilib. Buna baxmayaraq, hesab dəyişməyib. Beləliklə, "Qarabağ” səfərdə "Vorskla" klubunu məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.

UEFA Avropa Liqasının qrup mərhələsində IV turunun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:


A qrupu

"Bayer" (Almaniya) - "Sürix" (İsveçrə) - 1:0

"Lüdoqorets" (Bolqarıstan) - AEK (Kipr) - 0:0

Xal durumu: "Sürix" - 9, "Bayer" - 9, AEK - 2, "Lüdoqorets" - 2.

B qrupu

"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 2:1

"Rusenborq"(Norveç) - "Zaltsburq" (Avstriya) - 2:5

Xal durumu: "Zaltsburq" - 12, "Seltik" - 6, "Leyptsiq" - 6, "Rusenborq" - 0.

C qrupu

"Slaviya" (Çexiya) - "Kopenhagen" (Danimarka) - 0:0

"Bordo" (Fransa) - "Zenit" (Rusiya) - 1:1

Xal durumu: "Zenit" - 8, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" – 1.

D qrupu

"Fənərbağça" (Türkiyə) - "Anderlext" (Belçika) - 2:0

"Dinamo Zaqreb" (Xorvatiya) - "Spartak Trnava” (Slovakiya) - 3:1

Xal durumu: "Dinamo" - 12, "Fənərbağça" - 7, "Spartak" - 3, "Anderlext" - 1.

E qrupu

"Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1

"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0

Xal durumu: "Arsenal" - 10, "Sportinq" - 7, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

"Betis" (İspaniya) - "Milan" (İtaliya) - 1:1

"Olimpiakos" (Yunanıstan) - "Düdelanj" (Lüksemburq) - 5:1

Xal durumu: "Betis" - 8, "Milan" - 7, "Olimpiakos" - 7, "Düdelanj" - 0.

G qrupu

"Spartak" (Rusiya) - "Reyncers" (Şotlandiya) - 4:3

"Rapid" (Avstriya) - "Vilyarreal" (İspaniya) - 0:0

Xal durumu: "Vilyarreal" - 6, "Spartak" – 5, "Reyncers" - 5, "Rapid" – 4.

H qrupu

"Apollon" (Kipr) - "Ayntraxt" (Almaniya) - 2:3

"Latsio" (İtaliya) - "Marsel" (Fransa) - 2:1

Xal durumu: "Ayntraxt" - 12, "Latsio" - 9, "Apollon" - 1, "Marsel" - 1.

I qrupu

"Genk" (Belçika) - "Beşiktaş" (Türkiyə) - 1:1

"Malmö" (İsveç) - "Sarpsporq" (Norveç) - 1:1

Xal durumu: "Genk" - 7, "Malmö" - 5, "Sarpsporq" - 5, "Beşiktaş" – 4

J qrupu

"Akhisar" (Türkiyə) - "Sevilya" (İspaniya) - 2:3

"Krasnodar" (Rusiya) - "Standard" (Belçika) - 2:1

Xal durumu: "Sevilya" - 9, "Krasnodar" - 9, "Standard" - 6, "Akhisar" - 0.

K qrupu

"Astana" (Qazaxıstan) - "Yablonets" (Çexiya) - 2:1

"Dinamo Kiyev” (Ukrayna) - "Renn" (Fransa) - 3:1

Xal durumu: "Astana" - 8, "Dinamo" - 8, "Renn" - 3, "Yablonets" – 2.

L qrupu

BATE (Belarus) - Çelsi" (İngiltərə) - 0:1

"Videoton" (Macarıstan) - PAOK (Yunanıstan) - 1:0

Xal durumu: "Çelsi" - 12, "Videoton" - 6, BATE - 3, PAOK – 3.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video