Heydər Əliyev Fondu Azərbaycanı Almaniyada layiqincə təbliğ edir
Berlində Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan sərginin açılışı və rəsmi qəbul keçirilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Bundestaqın deputatları, Almaniya hökumətinin təmsilçiləri, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi ilə tanış olublar.
Daha sonra keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun o cümlədən Almaniya ilə mədəniyyət mübadiləsinə önəm verdiyini, bu ölkədə çoxsaylı elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb.
Bugünkü respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən səfir ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlərin bizə Xalq Cümhuriyyətindən miras qaldığını bildirib. Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz regionda aparıcı iqtisadi qüvvəyə çevrilib və Dünya Bankının "Doing Business 2019” hesabatında 25-ci yerdə qərarlaşıb.
Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərinin bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin daha da yaxınlaşması üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Ölkəmizin Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı olduğunu, Almaniya şirkətlərinin "Cənub qaz dəhlizi” layihəsində uğurla iştirak etdiklərini, 200-ə qədər alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Ramin Həsənov Prezident İlham Əliyevin və Kansler Angela Merkelin iştirakı ilə iki ölkənin iş adamları ilə keçirilmiş görüşün Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığında yeni layihələrin həyata keçirilməsi üçün geniş meydan yaratdığını qeyd edib.
Ramin Həsənov, həmçinin xalqlarımız arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb. Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Göte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında mövcud olan "qardaşlaşma”ları, nüfuzlu Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Ramin Həsənov vurğulayıb ki, Almaniya hökumətinin də bölüşdüyü Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki, qəbul etməlidir.
Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars çıxışında 20 ildən bəri davam edən deputat fəaliyyəti dövründə Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, rəhbərlik etdiyi parlament qrupunun adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Almaniyalı deputat bildirib ki, bundestaqdakı Cənubi Qafqaz parlament qrupunun Azərbaycanla bağlı fəaliyyəti iki prioritetə malikdir. Bunlardan biri ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin təşviqi, digəri isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir. Yohannes Kars sözügedən münaqişənin hər zaman yenidən alovlana biləcəyini əsas gətirərək onun tezliklə həllinə nail olunmasının zəruriliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi səfir Haydrun Tempel qeyd olunan 100 illik yubiley münasibətilə Almaniya hökuməti adından Azərbaycanı təbrik edib. Alman diplomat ölkəsinin digər sahələrlə yanaşı, mədəni və humanitar məsələlərdə də Azərbaycanla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə həyata keçirilən layihələri vurğulayıb. Haydrun Tempel, həmçinin Azərbaycanın nəhəng regional layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu, ölkəmizin bölgədə böyük iqtisadi gücə çevrildiyini qeyd edib. Almaniya hökumətinin təmsilçisi, eyni zamanda, 2016-cı ilədək Almaniyanın ölkəmizdə səfiri olması ilə əlaqədar respublikamızın 100 illik yubileyinin onun diplomatik fəaliyyətinə birbaşa aidiyyəti olduğunu bildirib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə tanınmış musiqiçilər Elçin Şirinovun, Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.
AZƏRTAC
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir
29 Mart
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
29 Mart
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
29 Mart
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
29 Mart
“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQL...
29 Mart
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub...
29 Mart
Almaniyada kimlər daha çox pensiya alır?
29 Mart
Havada toz müşahidə olunur
29 Mart
Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB...
29 Mart
İsveçrənin hidrogen qatarı rekord vurub
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!