Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:41 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaşı artdıqca gəncləşən şəhər
Yaşı artdıqca gəncləşən şəhər
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:52 09.11.2018


Bu şəhər neçə illərdir ki, ölkəmizi nur çeşməsinə qərq edir. Bəlkə də elə buna görə onu "nur şəhəri” adlandırırlar. 70 yaşını qeyd etməyə hazırlaşan şəhər payız olsa da, yaraşıqlı küçə və meydanları, park və xiyabanlarındakı al-əlvan gülləri, yaşıllıqları ilə baharı xatırladır.

Yetmiş il əvvəl - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 noyabr 1948-ci il tarixli qərarına görə, Mingəçevir qəsəbəsinə şəhər statusu verildi. Bununla da Mingəçevirin həyatında yeni dövr başladı. Mingəçevir sürətlə inkişaf edib böyüdü, güclü və müasir sənaye şəhərinə çevrildi. Mingəçevir Su Elektrik Stansiyasının ardınca tikilib istifadəyə verilən Azərkabel, yol maşınları, şüşə lifi, maşınqayırma, izolit zavodları, toxuculuq kombinatı və digər istehsal müəssisələri onun sənaye potensialını sürətlə artırdı. Şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən çox sayda insanın əməyi var. Şəhərin ilk qurucularından söz düşəndə Qəşəm İsmayılovun, İsa Salahovun, Baba Əliyevin, Seyidağa Ağayevin, Milan Yusibovun, Miri Ağakişiyevin, Rəhbər Həsənovun, Veysəl Mustafayevin, Məhbubə Bağırovanın və başqalarının adı bu gün də hörmət və ehtiramla çəkilir. Onlar öz fədakarlıqları ilə Mingəçevirə şan-şöhrət gətirmiş, onun inkişafına misilsiz töhfə vermişlər.

Mingəçevirin dünənindən danışarkən adı şəhərin şərəfli tarixinə qızıl hərflərlə yazılmış İslam İslamzadə, Kamran Hüseynov, Züleyxa Həsənova, Sosialist Əməyi qəhrəmanları Sarvan Salmanov, Bəhlul Bayramov, Yaqub Rüstəmov da həmişə minnətdarlıqla xatırlanırlar.

Ölkənin ən əsas enerji təminatçısı Mingəçevirin tikilib-qurulmasında, təbii ki, ən böyük şərt dövlətin davamlı qayğısıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə də Mingəçeviri daim diqqət mərkəzində saxlamışdır. Həmin dövrdə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyası, texniki-rezin məmulatları, yol-tikinti maşınları təmiri, aqrar sənaye dəmir-beton məmulatları və çörək zavodları, poliqrafiya müəssisəsi, evtikmə kombinatları, 8.130 şagird yerlik 8 ümumtəhsil məktəb, 2.240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, poliklinika, şahmat məktəbi, Gənc texniklər stansiyası və digər çox sayda sosialyönümlü obyektlər tikilib istifadəyə verilmişdir.

Ulu öndər Heydər Əliyevin Mingəçevirə çoxsaylı səfərləri də olmuşdur. Bu səfərlərin birində - 1998-ci il sentyabrın 8-də şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Mingəçevirin tikilməsində, qurulmasında, inkişaf etməsində vaxtıilə mən çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda rəhbərliyə başlayarkən biz Azərbaycanın hər bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik”.

Bütün istiqamətlərdə öz şərəfli siyasi varislik missiyasını uğurla reallaşdıran Prezident İlham Əliyev də Mingəçevirə münasibətdə təməlini ulu öndərin qoyduğu ənənəni yaradıcılıqla davam etdirir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov nur şəhərinin şərəfli keçmişindən bugünkü şöhrətinədək həvəslə söhbət açır:

- Mingəçevirin tikilib-qurulmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin mislisiz tarixi xidmətləri var. Şəhər sakinlərinin qovuşduğu xoş güzəran, firavan həyat tərzi ulu öndərin arzularının gerçək təntənəsidir. Son illər Mingəçevir əsl intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin isti və doğma münasibəti, dövlətin davamlı qayğısı Mingəçeviri dünyanın inkişaf etmiş müasir şəhərləri səviyyəsinə qaldırmış, şəhər sakinlərinin problemsiz sosial həyat tərzini təmin etmişdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Mingəçevir Sənaye Parkı artıq uğurlu start götürmüşdür. İlk mərhələdə iplik fabriki işə salınmış, 600 nəfərdən çox şəhər sakini işlə təmin olunmuşdur. Sənaye parkı tam gücü ilə fəaliyyət göstərəndə Mingəçevirdə işsizlik problemi olmayacaq.

Bu yaxınlarda şəhərdə "ASAN xidmət” də istifadəyə verilmişdir. Yaradılan bu unikal şəraitdən, nümunəvi xidmətdən indi mingəçevirlilərlə yanaşı, ətraf rayonların sakinləri də yararlanırlar. Dövlətin qayğısı Mingəçeviri abad diyara çevirib. Yüksək zövqlə salınan yeni parklar, xiyabanlar, rahat yollar, abad məhəllələr hər kəsdə minnətdarlıq hissi doğurur, məmnunluq yaradır. İndi Mingəçevirdə qaz, su, elektrik enerjisi ilə bağlı problem, demək olar ki, yoxdur. Odur ki, Mingəçevir 70 yaşını xoş ovqatla, yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Şəhərin bayram libaslı küçələrində gəzib-dolaşdıqca çöhrəsindən təbəssüm süzülən insanlarla qarşılaşırıq. Nur şəhərinin sakinləri əsl bayram ovqatı ilə yaşayırlar. Gülər gözlər, fərəhli üzlər şəhərin bayram libası ilə qəribə bir ahəngdarlıq yaradır. Şəhərin ilk qurucularından olan Qəşəm İsmayılov ilə də söhbətimiz maraqlı alındı. Qəşəm müəllim Mingəçevir şəhər komsomol komitəsinin birinci katibi olmuş, partiya, təsərrüfat orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. O, Mingəçevirin bugünündən qürurlanır:

- Ölkəyə nur paylayan bir şəhərin tikilib-qurulmasında iştirakımdan, burada yaşayıb-işləməyimdən qürur duyuram. Yetmiş yaşlı şəhərimizin hər qarışı bu gün cənnətə bənzəyir. Mingəçevirlilər çox qədirbiləndirlər. Mingəçevir gözlərimin qarşısında kiçik bir qəsəbədən abad və müasir şəhərə çevrilmişdir. Bu sahədə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidməti olub. Bu gün biz doğma şəhərimizdə xoşbəxt və firavan yaşayırıq. Gənc nəslə bir tövsiyəm də var. Hamımızın bir vətəni var. Onun hər qarışını, aranını, dağını sonsuz məhəbbətlə sevin, ana yurdumuzu cənnətə döndərmək üçün ürəyinizin odunu, əllərinizin hərarətini əsirgəməyin.

70 yaşlı Mingəçevir gənclik enerjisi ilə sabaha inamla addımlayır. Bu şəhərin payladığı nurdan hər evə, hər ailəyə pay düşür.


Lazım QULİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM