09 Noyabr 2018 00:51
402
SİYASƏT
A- A+

Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi


ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan, ölkənin təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib.

Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək bunun cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində növbətisi olduğunu qeyd edib.

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan bayrağın 100 il öncə cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından danışan səfir Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra bir daha onun ölkəmizin rəmzinə çevrildiyini vurğulayıb. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımları xüsusi vurğulayıb. Hazırda Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu forumun Prezident İlham Əliyevin innovasiya siyasətinin uğurunun göstəricisi olduğunu qeyd edib. O, bu günlərdə innovasiya agentliyinin təsis edilməsinin dövlət başçısının innovasiya sahəsinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlardan, startap ekosisteminin inkişafı üzrə görülən işlərdən, aparılan islahatlardan danışıb.

Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs edib.

Qeyd edək ki, bu tədbirin təşkil edildiyi gün Azərbaycandan gəlmiş geniştərkibli nümayəndə heyətinin iştirakı ilə birinci ABŞ-Xəzər İnnovasiya Forumu keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video