Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:46 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət rəmzinə məhəbbətin təzahürü
Dövlət rəmzinə məhəbbətin təzahürü
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:50 09.11.2018


Dövlət Sərhəd Xidmətində "9 noyabr - Dövlət Bayrağı günü” silsilə tədbirlərlə qeyd olunur. Bütün hərbi hissə və bölmələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak etmişlər.

Dünən bu münasibətlə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində təntənəli tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, ulu öndərin büstü önünə əklil qoymuşlar.

Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı oxunmuşdur. Mərasimdə Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Şərqin ilk demokratik respublikasının dövlət rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağın qəbul olunması haqqında ətraflı məlumat verilmiş, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan 70 il sonra üçrəngli bayrağımızın məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində yenidən bərpa edilərək 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi təsdiq olunması minnətdarlıq hissi ilə xatırlandı.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra dövlət bayrağımızın milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilməsi, dövlət bayrağına hörmət və ehtiramın ən böyük nümunəsini ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirmələri qürur hissi ilə vurğulandı.

Prezident İlham Əliyevin dövlət bayrağımıza yüksək məhəbbətin təzahürü olaraq 2007-ci il noyabrın 17-də Bakıda dövlət bayrağı meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalaması və dövlət bayrağı meydanının açılışında "Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim milli dəyərimizdir. Bu bayraq meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir” deməsi iftixarla xatırlandı.

Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bayram münasibəti ilə sərhədçiləri təbrik etdi.

Tədbirdə Heydər Əliyev dövlətçilik ideyalarına daim sadiq qalan, sərhədlərimizin keşiyində qürurla dayanan əsgərlərimizin bundan sonra da müstəqilliyimizin simvolu olan dövlət bayrağımı-zın daim yüksəklərdə dalğalanması üçün əllərindən gələni əsirgəməyəcəklərinə, öz fədakar xidmətləri ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əminlik ifadə olunmuşdur.

Mərasimdə xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olunmuşdur. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və incəsənət ustaları sərhədçilər qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.

Dünən Dövlət Sərhəd Xidməti Akademiyasında Dövlət Bayrağı Muzeyinin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın akademiyanın kollektivi ilə görüşü də keçirilmişdir. K.İmamverdiyeva "Dövlət bayrağımız qürur mənbəyimizdir” mövzusunda mühazirə-təqdimatla şəxsi heyətin qarşısında çıxış etmişdir. O, Azərbaycan Respublikasının dövlət bayrağı, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları barədə ətraflı məlumat vermiş, sərhədçi kursantların suallarını cavablandırmışdır.

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM