Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:42 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sınaqda olan pambıq sortlarının yığımı yekunlaşır
Sınaqda olan pambıq sortlarının yığımı yekunlaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 09.11.2018


Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin müvafiq sort-sınaq məntəqələrində yeni pambıq sortlarına aid sort-sınaq işlərinin aparılması ilə bərabər pambığın istehsalat əkinlərinə də geniş yer verilir.

Salyan Dövlət Sort-Sınaq Məntəqəsində (DSSM) pambıq bitkisinə aid 19 yerli və xarici sortdan ibarət sort-sınaq işləri görülüb. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılıb, məhsuldarlıq göstəriciləri təyin edilib və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Məntəqədə UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi haqqında Beynəlxalq Konvensiya) metodikasına uyğun olaraq pambıq sortlarının 41 xüsusiyyəti üzrə qiymətləndirmə işləri yerinə yetirilərək fərqlilik, oxşarlıq və sabitlik əlamətləri müəyyən edilib.

Bundan başqa, Salyan DSSM-də 14 hektar sahədə pambıq becərilib və 38 ton məhsul əldə edilib. Orta məhsuldarlıq məntəqə üzrə 27,5 sentner olub. Ağdam Dövlət Sort-Sınaq Məntəqəsində isə 18 hektar sahədə pambıq becərilib və 52,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq məntəqə üzrə 29 sentner təşkil edib. Kürdəmir Pambıq Toxumu üzrə Sınaq Məntəqəsinə gəldikdə, burada cari ildə 30 hektar sahədə pambıq becərilib. İndiyədək sahədən 61 ton məhsul yığılıb ki, bu da 20 sentner məhsuldarlıq deməkdir.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qeyd olunan sort-sınaq məntəqələrində pambıq yığımı yekunlaşmaq üzrədir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM