08 Noyabr 2018 22:45
569
Mədəniyyət
A- A+

Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub


Noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış yeni kitabxananın açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin əməkdaşları, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Ensiklopediyasının rəhbərliyi və nümayəndələri, eləcə də respublikanın tanınmış ictimai və incəsənət xadimləri iştirak ediblər.

Məlumat verilib ki, cəmiyyətin maarifləndirilməsi, gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində kitabxanaçılıq işi böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasət hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin prioritet istiqamətlərindən olan elm və təhsilin daha da inkişaf etdirilməsi, ümumən yüksək intellektli insan kapitalının yaradılması üçün misilsiz işlər görülür. Bu sahədə fəaliyyətin səmərəli və düzgün təşkili məqsədilə cəmiyyətdə mütaliəyə marağın artırılmasına, yeni kitab mərkəzlərinin və kitabxanaların yaradılmasına xüsusi önəm verilir. Elmi-mədəni quruculuq sahəsində dövlət maraqlarının təmin olunmasında yaxından iştirak edən DTX-nin Mədəniyyət Mərkəzində geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən kitabxana da məhz bu məqsədlə yaradılıb.

Kitabxanada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyi, Azərbaycan Milli Ensiklopediyası, həmçinin siyasət, hüquq, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrə aid ümumilikdə beş mindən çox kitab yer alıb. Bu nəşrlərin əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasından, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından, paytaxtda fəaliyyət göstərən digər kitabxanalardan və nəşriyyatlardan hədiyyə edilib. Burada elektron kitabxana da fəaliyyət göstərir.

Sonra tədbir iştirakçıları sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların bayraq mövzusuna dair rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Sərginin iştirakçısı olan uşaqlara həvəsləndirici sertifikatlar verilib.

Tədbir bədii proqramla davam etdirilib. DTX-nin Mədəniyyət Mərkəzinin ansamblı və digər yaradıcı kollektivlər, tanınmış incəsənət xadimləri, rəqs qrupları dövlətçiliyi və dövlət bayrağını tərənnüm edən rəngarəng musiqi nömrələri və mahnılar, o cümlədən Azərbaycanın görkəmli bəstəkarlarının zəngin irsindən nümunələr təqdim ediblər. Eləcə də DTX-nin əməkdaşlarının övladlarının hazırladıqları kompozisiyalar nümayiş olunub.

DTX-nin Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən yüksək səviyyədə hazırlanan bədii proqram sürəkli alqışlarla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video