Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:46 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda beşinci bayraq festivalı keçirilib
Bakıda beşinci bayraq festivalı keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:42 08.11.2018

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda beşinci bayraq festivalı keçirilib.

Festivalda rəsmi şəxslər, Milli Məclisin deputatları, hərbçilər, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan əsgərlərinin təntənəli hərbi andından sonra ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında kəlamları nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ənənəyə uyğun olaraq hər il 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə bayraq festivalının keçirildiyini deyib. Bu il beşinci festivalın təşkil edildiyini vurğulayan nazir müavini belə layihələrin gənclərimiz arasında dövlət rəmzlərinin təbliği, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsində müsbət rol oynadığını bildirib.

Tədbirdə Azərbaycan, dövlət bayrağımızla bağlı videoçarx nümayiş etdirilib. Sonra Aprel döyüşlərinin qəhrəmanları, eləcə də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad zamanı səmada dövlət bayrağımızın təsvirini yaradan pilotlar səhnəyə dəvət ediliblər. Bu an tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

İstedadlı gənclərin əl işlərindən ibarət yaradıcılıq nümunələrinin də nümayiş etdirildiyi

festival incəsənət nümayəndələrinin vətənpərvərlik ruhunda ifalarla zəngin olan konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM