08 Noyabr 2018 22:36
345
CƏMİYYƏT
A- A+

Minlərlə sumqayıtlı izdihamlı “Bayraq yürüşü”nə qatılıb


Sumqayıtda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Bayraq yürüşü” keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev Mərkəzinin önündə toplaşan minlərlə şəhər sakini və hərbçilər Dənizkənarı Bulvarda yerləşən Dövlət Bayrağı Muzeyi istiqamətində izdihamlı yürüşə qatılıb. Bayraq Meydanında hərbi orkestr marş ifa edib. Səmaya bayrağımızın rənglərinə boyanmış yüzlərlə şar buraxılıb.

Tədbir Kimyaçı Mədəniyyət Evində davam edib. Əvvəlcə meydanda şəhər musiqi məktəblərinin müəllimlərinin birləşmiş xor kollektivinin ifasında Vətəni, bayrağı tərənnüm edən mahnılar səslənib, milli rəqslər nümayış olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Mədəniyyət Evinin foyesində təşkil edilən rəsm sərgisi ilə tanış olublar.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə başa çatıb.

AZƏRTAC fotoqraf Xəqani Əzizovun "Bayraq yürüşü”ndən çəkdiyi fotoları təqdim edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video