Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:03 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin səhiyyə komitəsinin iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
Parlamentin səhiyyə komitəsinin iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
ANA SƏHİFƏ / PARLAMENT
22:31 08.11.2018


Noyabrın 8-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyi barədə məlumat verib.
İclasda "Psixoloji yardım haqqında” qanun layihəsinə, "Dərman vasitələri haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

Komitə sədri "Psixoloji yardım haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsi altı fəsil, 22 maddədən ibarətdir. Qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri əksini tapıb. Qanun psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, psixoloji yardım göstərilməsi sahəsində münasibətləri tənzimləyir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Qanunda psixoloji profilaktika və maarifləndirmə, psixoloji məsləhət, psixoloji dəstək, psixoloji diaqnostika, psixoterapiya, psixoloji reabilitasiya və psixoloji korreksiya, psixoloji ekspertiza, psixoloji treninq psixoloji yardımın növləri olaraq təsbit olunur.

Sənəddə bildirilir ki, dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur.

Əhliman Əmiraslanov deyib ki, sənədə parlamentin plenar iclasında birinci oxunuşda baxılıb və bir sıra təkliflər verilib. İkinci oxunuşa təqdim olunan qanun layihəsində bu təkliflər nəzərə alınıb.

"Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə sənədin "Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələri” adlı 3-cü maddəsinə bəzi texniki dəyişikliklər nəzərdə tutulub. Digər bir dəyişikliyə əsasən bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını müəyyən etmək məqsədilə bioloji fəallığa malik qida əlavələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir.

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliyə əsasən dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmçinin bu Məcəllənin 221.10-cu maddəsində nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaqlar.

Qanun layihəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimələnəcəklər. Bu Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslə min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələr zamanı deputatlar qanun layihələri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM