Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:44 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Metropolitençilər peşə bayramını qeyd edib
Metropolitençilər peşə bayramını qeyd edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:25 08.11.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 8-də "Bakı Metropoliteni” QSC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn metropolitençilər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad ediblər, onların, o cümlədən "20 Yanvar” faciəsinin metropolitençi şəhidləri İlqar Qarayevin və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.

Daha sonra Metropolitenin 51 illiyi və metropolitençilərin peşə bayramı münasibətilə "Bakı Metropoliteni” QSC-də təntənəli tədbir keçirilib. "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov yeraltı yolların inşaatçılarını, istismarçıları bayram münasibətilə təbrik edib. Dövlət himninin səsləndirilməsindən sonra, QSC sədri Zaur Hüseynov tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə tanış edib.

Metropolitenin tarixi, hazırkı inkişaf dövrünün yeni texnologiyaları sonrakı çıxışçı "Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanovun məruzəsinin əsas mövzusunu təşkil edib. Çıxışda cari ildə metropolitenin vaqon parkının yeniləşdirilməsi, xüsusən də Bakı Metropoliteninin tarixində ilk dəfə olaraq, vaqonların əsaslı təmirinin yerli şəraitdə həyata keçirilməsi barədə, yeraltı yollarda hərəkətin təşkili, idarəolunması, elektrik enerjisi ilə davamlı təmin olunma üzrə görülən işlərdən danışıb.

Metronun gələcək inkişafı, tikinti sahələrində işlərin vəziyyəti "Bakı Metropoliteni” QSC sədrinin tikinti üzrə müşaviri Məzahir Nəbiyevin çıxışında öz əksini tapıb. Tədbir iştirakçılarına "Bənövşəyi xətt”in üçüncü stansiyası "B-3” stansiyasında işlərin vəziyyəti, "Bakmil”, "Xətai” stansiyasında eləcə də bu stansiyaya bitişik 2-ci tuneldə və digər sahələrdə aparılan təmir işləri barədə məlumat verilib.

Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun çıxışı dövlətin gənclər siyasətinin metropolitendə tətbiqi, metropolitençi gənclərin inkişaf perspektivləri, gənc kadrların yetişdirilməsi və tərbiyəsi mövzusuna həsr olunub.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov müəssisə əməkçilərinin sosial problemlərinin həlli istiqamətində, asudə vaxtlarının, məzuniyyət dövrünün səmərəliyinin daha da yüksəldilməsində müəssisə rəhbərliyi və həmkarlar təşkilatının son bir ildə həyata keçirdiyi tədbirlər, metropolitendə təşkil edilən sosial layihələr barədə danışıb.

Sonra metropolitendə "İlin maşinisti” devizi altında keçirilən müsabiqənin yekunu barədə məlumat verilib. Bu il müsabiqənin qalibi sərnişin qatarının sürücüsü Vüqar Həbibov olub və ilin maşinisti mükafatı ona verilib.

"Fəxri metropolitençi” adına layiq görülənlər barədə müəssisə rəhbərinin əmri ilə tədbir iştirakçılarını sədr Zaur Hüseynovun özü tanış edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM