Alternative content

05:52 19 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
01:02 19.02.2019 Xocalıda sönən ocaqlar
00:52 19.02.2019 Vaxt və zaman ölçüsü
00:51 19.02.2019 Çillə suyu
00:50 19.02.2019 Bənövşəni hamı sevir
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdamda möhtəşəm “Bayraq yürüşü”
Ağdamda möhtəşəm “Bayraq yürüşü”
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:22 08.11.2018

Noyabrın 8-də Müdafiə Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda Dövlət Bayrağı Günü münasibətilə "Bayraq yürüşü” keçirib. Yürüşdə hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş iştirakçıları Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər abidə kompleksinin önünə gül dəstələri qoyublar. Dörd min nəfərdən çox insanın iştirak etdiyi yürüş Quzanlı qəsəbəsinin Heydər Əliyev prospekti ilə Dövlət Bayrağı Meydanına qədər davam edib. Yürüş zamanı hərbi orkestrin ifasında marşlar səsləndirilib.

Dövlət Bayrağı Muzeyinin qarşısındakı parkda davam edən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əlamətdar gün münasibətilə ağdamlıları təbrik edib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Ölkəmizin bütün bölgələrində bayraq meydanlarının və muzeylərinin inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür.

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Dünya Azərbaycanlılarının Mədəniyyəti Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, Rusiya Federasiyası Dövlət Dumasının məsul əməkdaşı Ramin Qasımov, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva və başqaları tədbirdə çıxış edərək, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən qaldırıldığını bildirib, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına və Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminliklərini ifadə ediblər.

Sonra N saylı hərbi hissənin əsgərləri döyüş hazırlığı səviyyəsini göstəriblər. Tədbir konsert proqramı ilə davam edib. Rayon məktəbliləri bayrağa həsr olunan şeirlər söyləyib, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin və Əməkdar artist Elza Seyidcahanın çıxışları böyük coşqu ilə qarşılanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM