Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:19 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş kitabın Ankarada təqdimatı keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş kitabın Ankarada təqdimatı keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
22:19 08.11.2018

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında "Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya”, "Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatda rəsmi şəxslər, o cümlədən səfirlər, elm və mədəniyyət adamları iştirak ediblər.
Əvvəlcə Azərbaycanla bağlı sənədli film nümayiş olunub.
TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli ömür yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, o cümlədən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpası və Ulu Öndərimiz sayəsində azadlığımızın qorunması milli sərvət kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxanamız tərəfindən hazırlanan nəşrlər dövlətçilik tariximizin, o cümlədən mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin tanıdılması, gələcək nəsillərin məlumatlandırılması baxımından dəyərli vəsaitdir.

Natiqlər, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin qeyd olunmasını ölkəmizdə möhkəm təməl üzərində formalaşan dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndiriblər.

Çıxışlarda, həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinə dair əsərlərin hazırlanması və beynəlxalq aləmə çatdırılması istiqamətində görülən böyük layihələrin nəticələrindən danışılıb.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.
Sonra tədbir panellər üzrə davam etdirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim olunan nəşrlər və görülən digər işlər barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı olub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM