Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Argentinada keçiriləcək G20 sammitində görüşü barədə razılaşma əldə olunmuşdur. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.
Məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov təsdiqləmişdir. Lavrov jurnalistlərin suallarını cavablandırarkən məsələ ilə əlaqədar demişdir: "Belə bir razılaşma mövcuddur. Mənim digər informasiyam yoxdur. Bunu Moskva və Vaşinqton artıq təsdiq etmişdir”.
G20 sammiti 30 noyabr-1 dekabrda Buenos-Ayresdə keçiriləcək.