08 Noyabr 2018 19:02
364
DÜNYA
A- A+

Əfqanıstanda seçkilər zamanı 56 nəfər həlak olub


Əfqanıstanda ötən ayın 20-də başlamış seçkilərin üç günü ərzində 56 nəfər həlak olmuşdur. Bu barədə BMT yanında Əfqanıstana humanitar yardım missiyası (UNAMA) məlumat vermişdir.

Terror aktlarında və toqquşmalarda 379 nəfər zərər çəkmişdir. Seçkilərdən əvvəlki altı ay ərzində 500 nəfər həlak olmuş, yaxud yaralanmışdır. 245 nəfər oğurlanmışdır.

Beynəlxalq məhkəmə normalarına əsasən, seçki məntəqələrinə və mülki şəxslərə hücum hərbi cinayət sayılır. "Taliban” hərəkatı seçkilər zamanı hücumlar təşkil etməklə seçicilərin məntəqələrə gəlməsinə maneçilik törətmişdir.

"TOLO News” telekanalı xəbər verir ki, təhlükəsizlik qüvvələri xarici qoşunların dəstəyi ilə ölkənin şimal-şərqində yerləşən Bağlan əyalətində "Taliban”ın 16 silahlısını məhv etmişdir.

Əyalətin polis idarəsinin rəisi Əkrəmuddin Sarenin dediyinə görə, asayiş keşikçiləri rayonların birində dördgünlük əməliyyat keçirmişlər. Əməliyyata quru və hava qoşunları cəlb olunmuşdur. Azı 19 talibin yaralandığı bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video