08 Noyabr 2018 18:49
348
CƏMİYYƏT
A- A+

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müasir texniki imkanları ilə bağlı təqdimat keçirilib


Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 8-də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müasir texniki imkanları ilə bağlı təqdimat mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə nazirliyin məsul işçiləri, Prokurorluğun, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin, Dövlət Gömrük Komitəsinin istintaq və təhqiqat idarələrinin rəhbər şəxsləri, apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin hakimləri, ali təhsil və tədris müəssisələrinin nümayəndələri, alimlər iştirak ediblər.

Mərkəzin sədri Fuad Cavadov tədbirdə çıxış edərək Azərbaycan ədliyyəsinin ənənəvi fəaliyyət istiqamətlərindən olan məhkəmə ekspertizasının tarixindən və inkişaf yolundan bəhs edib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu hüquqi islahatları uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası gücləndirilib. Mərkəz dünyanın ixtisaslaşmış aparıcı şirkətlərinin istehsalı olan müasir kriminalistik avadanlıqla təchiz olunub və yeni laboratoriyalar yaradılıb.

Mərkəzin müasir texniki imkanları əyani təqdimatla müşayiət olunmaqla, bildirilib ki, ötən dövrdə müasir texnologiyaların və elmi-texniki tərəqqinin açdığı imkanlardan yararlanaraq ekspertiza tədqiqatlarının dolğun və dəqiq aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına, yeni növ ekspertizaların keçirilməsinə və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda, məhkəmə-istintaq orqanlarına kömək və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədilə Mərkəzin Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb.

İl ərzində Mərkəz tərəfindən 41 ekspert ixtisası üzrə yüz minlərlə suala cavab verilir və qaldırılan məsələlərin həll olunma əmsalı 100 faizə yaxındır. Həmçinin məhkəmə ekspertizası və kriminalistikanın aktual məsələlərinə dair mütəmadi metodik vəsaitlər hazırlanır, cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısını almaq üçün kriminoloji tədqiqatlar aparılır, məhkəmə-istintaq orqanlarına profilaktik tövsiyələr verilir.

Diqqətə çatdırılıb ki, ekspertiza sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSI) üzv qəbul edilib, 30-dan çox ölkənin məhkəmə ekspertiza qurumları ilə işgüzar əlaqələr qurulub.

Təqdimatda məhkəmə ekspertizası fəaliyyətinin aktual məsələləri üzrə müzakirələr keçirilib, maraq doğuran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçıları Mərkəzin fəaliyyəti, müasir kriminalistik avadanlıq və laboratoriyalarla tanış olub, bu sahədə nailiyyətləri məmnunluqla qarşılayaraq innovativ texnologiyaların tətbiqinin cinayətkarlıqla mübarizə işinə və haqq-ədalətin bərqərar edilməsinə böyük töhfəsini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video