Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:17 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək
ANA SƏHİFƏ / İDMAN
18:46 08.11.2018

Noyabrın 9-da İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 47-ci Baş Assambleyası işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırovdan ibarət nümayəndə heyəti təmsil edirlər.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəklər.

Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaq. Gündəliyə, həmçinin 2020-ci il Tokio Yay və 2022-ci il Pekin Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabat məruzələrinin müzakirəsi daxildir. Bundan başqa, tədbirdə 2024-cü il Paris və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına dair məruzələr də dinləniləcək.

AOK-un Baş Assambleyası çərçivəsində "VIII Pyotr Nurovski - Ən yaxşı avropalı gənc idmançı” mükafatı təqdim olunacaq.

Habelə "Bakı-2019” Yeniyetmələrin Avropa Olimpiya Festivalının təqdimatı keçiriləcək. Təqdimat "Bakı-2019”un Təşkilat Komitəsinin üzvləri Nigar Əfəndiyeva və Tərlan Məmmədov tərəfindən ediləcək.

Tədbirdə AOK-un növbəti - 48-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı açıqlanacaq.

Xatırladaq ki, noyabrın 8-də AOK-un İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM