Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:19 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində Sabunçu rayon fəalları ilə görüş olub
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində Sabunçu rayon fəalları ilə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:42 08.11.2018

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin təşəbbüsü ilə parlamentdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu rayonu 27 nömrəli seçki dairəsindən deputat, həmçinin komitənin üzvü Dilarə Cəbrayılova, orta məktəb direktorları, həkimlər, şagirdlər və rayonun ictimai həyatında yaxından iştirak edən gənclərdən ibarət bir qrup fəal ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Milli Məclisdə Heydər Əliyev muzeyi, iclas zalı və kitabxana ilə tanış olublar.

Görüşdə Aqiyə Naxçıvanlı Azərbaycan parlamentinin tarixi, Milli Məclisin fəaliyyəti, tərkibi və komitələri haqqında məlumat verib. O, həmçinin rəhbərlik etdiyi ailə, qadın və uşaq məsələləri komitəsinin fəaliyyəti barədə danışıb.

Sonda komitə sədri qonaqların suallarını cavablandırıb və fəallara ulu öndər Heydər Əliyevin çıxışlarından ibarət "Mənəviyyat, mədəni dəyərlər, mənəvi tərbiyə” adlı kitabı və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş kitab dəstini hədiyyə edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM