08 Noyabr 2018 18:34
298
CƏMİYYƏT
A- A+

Dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanılıb


Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olub.

Faktla bağlı DTX-də dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq zamanı cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, oktyabrın 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəliblər. Onlar törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət və vasitələrdən istifadə etməklə oktyabrın 29-da saat 21-dən oktyabrın 30-da saat 4-dək olan müddətdə dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks-istiqamətdə dəmir yolu relslərini bir-birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.

Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkarlanaraq götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video