Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:41 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:33 08.11.2018

Noyabrın 8-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibi zamanı bir sıra parametrlər nəzərə alınıb. Büdcənin tərtibi zamanı ilk növbədə ötən dövrdə iqtisadiyyatda baş verən dəyişikliklər, iqtisadi inkişaf meyilləri, növbəti il üçün proqnozlar, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, demoqrafik məşğulluq göstəriciləri, eyni zamanda, sistematik göstəricilər, pensiya, sığorta sistemində baş verən dəyişikliklər, həmçinin növbəti illər üçün planlaşdırılan işlər nəzərə alınıb.

Nazir müavini qeyd edib ki, bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir.

Azərbaycanda demoqrafik göstəricilərin müsbət olduğunu söyləyən İ.İsayev bildirib ki, ölkəmizdə əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. "65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlılığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı gözlənilir”, - deyə nazir müavini diqqətə çatdırıb.

İ.İsayev gələn il əhalinin gəlirlərinin 9 faiz artaraq 54.4 milyard manata çatacağını deyib. Növbəti ildə orta aylıq əməkhaqqı 5,7 faiz artaraq 642 manata çatacaq. 2019-cu ildə inflyasiya 3,8 faiz səviyyəsində nəzərdə tutulur.

Nazir müavini bildirib ki, gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min nəfər təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib. O qeyd edib ki, 2019-cu ildə pensiyaların orta məbləği 240 manat civarında olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində nəzərdə tutulur.

Nazir bildirib ki, növbəti il DSMF-nin gəlir və xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulub. O, 2019-cu ilin xərclərinin cari ilin gözlənilən göstəricisi ilə müqayisədə 190 milyon manat çox olduğunu bildirərək deyib: "190 milyon manatın tərkibində əsasən əmək pensiyalarının maliyyələşməsi üzrə xərclərə 176,7 milyon manat, sosial sığorta haqlarına verilən müavinətlərə 3,8 milyon manat digər xərclərə 9,5 milyon manat sərf olunacaq”.

Diqqətə çatdırılıb ki, büdcənin xərclərinin əsas hissəsi əhaliyə ödənişlər, pensiya üzrə xərclərdir. DSMF-nin büdcəsinin xərclərinin 95,3 faizi pensiya ödənişləri, 2,3 faizi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, 2,4 faizi isə digər xərclər üçün nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında büdcə layihəsinin yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən bildirib ki, Azərbaycanda ilkin hesablamalara görə cari ilin 9 ayı ərzində 175 manat həddi ilə təsdiq olunmuş yaşayış minimumu növbəti ildə 180 manat məbləğində nəzərdə tutulur. Qeyd edilib ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək.

Komitə sədri bildirib ki, növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.

Müzakirələr zamanı Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, deputatlardan Yaqub Mahmudov, Səttar Mehbalıyev, Elmira Axundova, İlham Məmmədov və digərləri də qanun layihələri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM