08 Noyabr 2018 18:30
174
CƏMİYYƏT
A- A+

AMEA ilə Dövlət Gömrük Komitəsi arasında anlaşma memorandumu imzalanıb


Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumunu imzalama mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə DGK ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, birgə fəaliyyətin idxal-ixrac əməliyyatlarında, əməliyyat-axtarış tədbirlərində elmi araşdırmalardan istifadə, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından zəruriliyini vurğulayıb.

DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev komitənin tədris mərkəzlərinin fəaliyyətindən, gömrük işi sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından, eləcə də AMEA-nın institutları ilə gələcək əməkdaşlıq perspektivlərindən söz açıb. Gömrük orqanlarında müvafiq xidmət sferalarının keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi əməkdaşlığın vacibliyini qeyd edən S.Mehdiyev AMEA ilə DGK arasında işgüzar əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.

Komitə sədri memorandumun iki qurum arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını, AMEA-nın apardığı araşdırmaların, əldə etdiyi elmi nailiyyətlərin müxtəlif elm sahələrini özündə birləşdirən gömrük işinin effektivliyinin artırılmasına, gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə təkan verəcəyini bildirib.

Səfər Mehdiyev ölkəmizdə və xaricdə fəaliyyət göstərən elm ocaqları ilə hər zaman səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb. O, AMEA ilə DGK arasında imzalanacaq memorandumdan sonra informasiya texnologiyaları, iqtisadiyyat və digər elm sahələrində, gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan tarixi və mədəni əşyaların tədqiq olunması, hər iki qurumun əməkdaşlarının elmi və təcrübi biliklərinin artırılması istiqamətində səmərəli fəaliyyətin təşkil ediləcəyinə əminliyini bildirib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, gömrük xidməti polkovniki Qulu Novruzov "Gömrük xidməti: ictimai şəffaflıq, açıq tədqiqat resursları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qlobal dəyişikliklərin gömrük xidmətinə təsirindən, gömrük xidmətinin milli maraq komponentlərindən, innovasiya layihələrindən, ölkəmizdə gömrük siyasətindən, sərhəd zonalarında tətbiq olunan infrastruktur yeniliklərindən, komitənin yerli və xarici təşkilatlarla əlaqələrindən danışıb. Komitə sədri elm və təhsil sahəsində AMEA ilə DGK-nin Akademiyası arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək memorandumun müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini bildiriblər.

Daha sonra AMEA ilə DGK arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik Akif Əlizadə və gömrük xidməti general-leytenantı Səfər Mehdiyev imzalayıblar.

Sənəddə gömrük işi ilə əlaqədar elmi tədqiqatlar aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara şərait yaradılması, elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına lazımi şərait yaratmaq məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsi və digər məsələlər yer alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video