08 Noyabr 2018 13:02
486
İQTİSADİYYAT
A- A+

BP-nin baş iqtisadçısı Energetika Nazirliyində təqdimat keçirib


Energetika Nazirliyində BP-nin "Statistik təhlili”nin 67-ci buraxılışı və "Enerji perspektivlərinə baxış-2040” adlı hesabatının təqdimatı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov şirkətin "2017-cı il üçün statistik təhlili” və "Enerji perspektivlərinə baxışı-2040” adlı hesabatlarının təqdimatını edib. Hesabatlarda qlobal enerji sektorunda müşahidə olunan meyllər, ötən il üzrə ənənəvi yanacaq növləri ilə yanaşı bərpaolunan enerji mənbələrinə tələbatın inkişaf dinamikası, neft bazarına OPEC+ formatında görülən tədbirlər və geosiyasi faktorların təsirləri, 2040-cı ilə kimi proqnozlar öz əksini tapıb.
Bildirilib ki, qlobal enerji tələbatı ötən il 2016-cı illə müqayisədə 2,2 faiz, neftə tələbat isə gündəlik 1,7 milyon barrel artıb. Venesuelada neft hasilatında qeyri-müəyyənliyin davam etməsi, bəzi neft ölkələri ətrafında siyasi vəziyyət ortamüddətli perspektivdə neft bazarında balansa və qiymətə təsir edən faktorlar kimi qeyd edilib.
V.Drebentsov bu tendensiyada neftin 1 barrelinin qiymətinin 100 ABŞ dollarınadək bahalaşması ehtimalını istisna etməyib. Yaxın perspektivdə tələbatın neft ehtiyatları hesabına qarşılanacağı, 2035-ci ildə neftə tələbatın pik həddə çatacağı, sonra isə tədricən azalacağı bildirilib.
BP-nin proqnozlarına görə, dünya enerji balansında təbii qazın payı artacaq. Boru kəmərləri ilə ənənəvi qaz ixracı və idxalı ilə yanaşı, mayeləşdirilmiş təbii qazın (LNG) rolu 2040-ci ilədək əhəmiyyətli dərəcədə yüksələcək. LNG ixracatçısı kimi Yaxın Şərq, Şimali Amerika, Avstraliya, Afrika və Rusiya, əsas idxalatçıları olaraq Asiya ölkələri, Çin, Avropa fərqlənəcək.
Şirkətin təhlil və hesabatına, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı inkişaf tendensiyası, dünya enerji balansında bu növ enerjinin mövqeyini möhkəmləndirən amillər və istehsal xərclərinin azaldığını əks etdirən məlumatlar daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video