08 Noyabr 2018 12:53
407
DÜNYA
A- A+

BMT-nin ekspertləri: Ozon təbəqəsindəki dəlik daralır


Günəşdən gələn ultrabənövşəyi şüaları udan və onların Yerin səthinə çatmasını əngəlləyən ozon təbəqəsində 1970-ci ildə aşkar olunmuş nəhəng dəlik daralır. Şimal yarımkürəsində bu dəlik 2030-cu ildə, Antarktida üzərində isə 2060-cı ildə tam qapana bilər.

AZƏRTAC BMT-nin hesabatına istinadla xəbər verir ki, ozon qatında gedən bu müsbət proseslərdə iqlim dəyişiklikləri ilə bağlı Paris sazişinin də mühüm rolu var. Məlum olduğu kimi, təxminən 1970-ci ildən başlayaraq Yeni Zelandiyanın Milli Su və Atmosferin Tədqiqi İnstitutu Antarktika üzərində ozon təbəqəsinin dağılmasını qeydə alıb. 1982-ci ilin yanvarında BMT-nin Ətraf Mühit Proqramı "Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini keçirib və 1985-ci ilin mart ayında Vyana şəhərində müvafiq sənəd qəbul edilib. 1987-ci ilin sentyabrında isə Monreal şəhərində 180 ölkənin qoşulduğu ozon təbəqəsini dağıdan maddələr haqqında tarixi protokol imzalanıb. Bütün bu tədbirlər, həmçinin Paris sazişi Ozon qatına mənfi təsir edən freon (chlorofluorocarbons) qazının havaya buraxılmasını əhəmiyyətli dərəcədə azaldıb.

Hesabatda göstərilir ki, bu sahədə ən pis vəziyyət ötən əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ozon qatının 10 faizi dağılmışdı. Lakin 2000-ci ildən sonra bu rəqəm hər il 3 faiz azalmaqda davam edir.

Bununla yanaşı, Kolorado Universitetinin professoru Brayn Ton hesab edir ki, BMT-nin hesabatında ozon təbəqəsinin bərpası məsələləri düzgün əks olunmayıb. Onun sözlərinə görə, ozon qatının bəzi yerlərində bərpa prosesi getmir. "Digər tərəfdən, kimya sənayesində xlordan istifadə heç də azalmayıb. Bu isə ozon təbəqəsini dağıdan əsas maddələrdən biridir. Ən çox Çində istehsal olunan təhlükəli kimyəvi boyaların istehlakına da nəzarət olunmur”, - deyə alim vurğulayıb.

Hesabatın müəlliflərindən biri - NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin mütəxəssisi Pol Nyuman isə nikbin danışaraq bildirib ki, görülən tədbirlər nəticəsində ozon təbəqəsinin dağılması prosesi dayandırılıb və onun tam bərpası da zaman məsələsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video