08 Noyabr 2018 12:50
367
SİYASƏT
A- A+

Bolqarıstan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclası başa çatıb


Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası başa çatıb. İclasın yekununda işçi qrupları aparılan danışıqların nəticələrinə dair məruzələrlə çıxış ediblər.

Daha sonra Bolqarıstan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclasının yekunlarına dair sənədlər imzalanıb. İlk olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzi ilə Bolqarıstan Respublikası Kənd Təsərrüfatı Akademiyası arasında elmi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Sazişi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov və Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının sədri Vasil Nikolov imzalayıblar.

Bolqarıstan Milli Sənaye Zonaları Şirkəti və Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq haqqında sazişi isə Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov və Bolqarıstan Milli Sənaye Zonaları Şirkətinin direktoru Antoaneta Bares imzalayıblar.

Bolqarıstan Beynəlxalq Ali Biznes Məktəbi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında sazişi Bolqarıstan Beynəlxalq Ali Biznes Məktəbinin direktoru Lena Qaydarska və Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Məhəmməd Məmmədov imzalayıblar.

Sonda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekununa dair Protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Bolqarıstanın energetika naziri Temenujka Petkova imzalayıblar. Protokola əsasən, ölkələrimiz arasında ticarət-iqtisadi, elmi-texniki bazanın və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video