Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:42 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Made in Azerbaijan” Çində nüfuzlu brendə çevrilib
“Made in Azerbaijan” Çində nüfuzlu brendə çevrilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 08.11.2018


Şahin Mustafayev: "Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir”


Şanxayda 170 ölkədən 3 mindən çox şirkətin təmsil olunduğu Birinci Çin Beynəlxalq İdxal Sərgisi açılıb.

Qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilyonlarında təqdim edilir.

Səfərin ilk günü iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. Bildirilib ki, bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul və texnologiyalar ilk dəfə olaraq məhz bu sərgidə nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin üzüm və meyvə şərabları, digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azərbaycan pavilyonlarında sərgi ziyarətçilərinə məhsullarımız və xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, sərginin müxtəlif yerlərində "Made in Azerbaijan” reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.

Sərgi çərçivəsində bir sıra forumlar da keçirilir. Azərbaycan nümayəndə heyəti noyabrın 6-da Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi Administrasiyasının, Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və Şanxay Bələdiyyəsinin birgə təşkil etdiyi "Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi” Forumunda iştirak edib.

Forumda çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin "Kəmər və yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin "Kəmər və yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Nəqliyyat-tranzit sahəsi ilə yanaşı, Azərbaycan Çinlə kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində də əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları vergidən azaddırlar, onların güzəştli maliyyə resurslarına çıxışı üçün geniş imkanlar yaradılıb, texnika və lazımi infrastrukturla təmin edilib, suvarma sisteminin modernləşdirilməsi, investisiya və ixracın təşviqi proqramları ilə dəstək göstərilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir.

Həyata keçirilən tədbirlər nəticəsində son 15 ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, bu ilin 9 ayı ərzində isə 4,3 faiz artıb. Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47 faizdən çoxdur. İxracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı bu ilin ötən dövründə 13 faiz artıb.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycanda aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Şahin Mustafayev qeyd edib ki, son illər həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi sisteminin optimallaşdırılması sahəsində də ciddi işlər görülüb, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin tətbiqinin daha da genişləndirilməsi üçün ikitərəfli və çoxtərəfli formatda işlər aparılır.

Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu ilə görüşdə isə Şahin Mustafayev iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, o cümlədən nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə müsbət töhfəsini verir.

Nazir həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış anlaşma memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verərək iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin koordinasiyası üçün işçi qrupun yaradılmasını təklif edib. Qeyd olunub ki, Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı Çin, Türkiyə, Qazaxıstan və Gürcüstanın iştirakı ilə tədbir keçirilə bilər.

Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını vurğulayaraq nəqliyyat sahəsində əlaqələrin koordinasiyası məqsədilə işçi qrupun yaradılması barədə təklifi razılıqla qarşılayıb.

"Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə keçirilən görüşdə isə nazir Şahin Mustafayev Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, CNEEC şirkətinin də Azərbaycanda iş təcrübəsi mövcuddur və şirkət müxtəlif layihələrin icrasında iştirak edir.

CNEEC-in vitse-prezidenti Cenq Çenqçün şirkətin ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayaraq, Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda da maraqlı olduğunu diqqətə çatdırıb.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM