Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:05 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2019-cu ilin dövlət büdcəsi inkişafın davamlılığını təmin edəcək
2019-cu ilin dövlət büdcəsi inkişafın davamlılığını təmin edəcək
ANA SƏHİFƏ / PARLAMENT
00:25 08.11.2018


Dünən Milli Məclisin komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. Bu dəfə müzakirələrdə İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin üzvləri iştirak edirdilər.


Gələn il ümumi daxili məhsulda 3,6 faiz artım proqnozlaşdırılır


İclası aparan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, artıq 3-cü gündür gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir. Ötən iki iclasda hökumət nümayəndələri həm büdcənin bütün parametrlərini, həm ölkədəki real vəziyyəti, həm də gələcək inkişaf üçün proqnoz göstəricilərinin ətrafında işləyib hazırladıqları büdcə sənədini təqdim etdilər. "Hesab edirəm ki, ötən günlərdə kifayət qədər faydalı və səmərəli müzakirələr aparıldı. Ölkədə 2019-cu ildə hərbi-siyasi, sosial-iqtisadi, humanitar-mədəni sahələrdə görüləcək işlər, investisiya proqramları, "insan kapitalı”nın inkişafına yönəlmiş layihələr barədə geniş fikir mübadiləsi getdi” deyən Bahar Muradova İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə iclasında da səmərəli müzakirələrin aparılacağını dedi.

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin əsas parametrləri barədə məlumat verdi. Bildirdi ki, gələn ilin dövlət büdcəsi "Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb. Büdcə tərtib olunarkən respublikamızın strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial-iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınıb. Eyni zamanda xalqın rifahının daha da yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə təminatı, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan 2019-cu və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. 2019-cu ildə ümumi daxili məhsulda 3,6 faiz, qeyri-neft sektorunda isə 3,9 faiz artım proqnozlaşdırılır. Dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib. Büdcə layihəsi təkcə ölkəmizdəki iqtisadi amilləri deyil, beynəlxalq səviyyədə baş verən geosiyasi prosesləri və iqtisadi dəyişiklikləri nəzərə almaqla tərtib olunub.

Gələn il dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat proqnozlaşdırılır. Bu da ÜDM-in 28 faizi həcmindədir. Qeyd edək ki, gəlirlərin 59,8 faizi və ya 13 milyard 700,3 milyon manatı neft sektorunun, 40,2 faizi və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 354,3 milyon manat və ya 2,7 faiz, qeyri-neft sektorunun gəlirləri isə 414,2 milyon manat, yəni 4,7 faiz çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 11 milyard 364,3 manatını Dövlət Neft Fondundan transfertlər, 2 milyard 336 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 4 milyard 980 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 3 milyard 451,6 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar, 785,6 milyon manatı isə digər daxilolmalar üzrə formalaşacaq.


Bütün sahələr üzrə xərclər artırılır


2019-cu il dövlət büdcəsinin xərcləri 24 milyard 780,1 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 30,2 faizini təşkil edir. Gələn il cari xərclərə dövlət büdcəsi xərclərinin 50,7 faizi həcmində və ya 12 milyard 554,2 milyon manat, əsaslı xərclərə isə 39,9 faizi həcmində və ya 9 milyard 891,1 milyon manat, dövlət borcuna xidmətlərlə bağlı xərclərə 9,4 faizi həcmində və ya 2334,8 milyon manat vəsait yönəldiləcək.

2019-cu ildə dövlət büdcəsinin xərclərində proqram və məqsədli tədbirlər üçün 10 milyard 314,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 2076,9 milyon manat və ya 25,2 faiz çoxdur. Bu xərclər dövlət büdcəsinin xərclərinin 41,6 faizini təşkil edəcək ki, bu da cari ilə nisbətən 14,3 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulur. Belə ki, 2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək. Bu, 2018-ci illə müqayisədə 744,5 milyon manat və ya 9,9 faiz çoxdur. Növbəti ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,4 faiz təşkil edəcək.

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2019-cu il dövlət büdcəsi xərclərinin 18,5 faizi həcmində və ya 4 milyard 589,6 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 3 milyard 37,6 milyon manatı və ya 66,2 faizi (2018-ci ilə nisbətən 132,4 milyon manat və ya 4,6 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 552 milyon manatı isə (2018-ci ilə nisbətən 167,8 milyon manat və ya 12,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldilib.

Növbəti ildə müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərində kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası, yeni sərhəd-keçid məntəqələrinin tikintisi, avadanlıq və qurğuların, nəqliyyat vasitələrinin alınması üçün müvafiq məbləğdə əlavə vəsait nəzərdə tutulur.

Gələn il icmal büdcənin gəlirləri 29 milyard 724,6 milyon manat və ya cari ilə nisbətən 1 milyard 599,9 milyon manat çox, xərcləri isə 27 milyard 372,3 milyon manat nəzərdə tutulur. Dövlət Neft Fondunun gəlirləri 15 milyard 579,2 milyon, xərcləri 11 milyard 364,3 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928,1 milyon manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 83,5 milyon manat, Naxçıvan Muxtar Respublikasının gəlirləri və xərcləri bərabər olaraq 383,7 milyon manat proqnozlaşdırılır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsinin məziyyətləri barədə söz açdı. O, Hesablama Palatasının Kollegiyasının 2019-cu ilin dövlət büdcəsi layihəsinə müsbət rəy verdiyini açıqladı. Qeyd etdi ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin "Büdcə sistemi haqqında” qanuna və digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanması və təqdim edilməsi nəzərə alınaraq Hesablama Palatası tərəfindən ali maliyyə sənədinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə edilir.


Qanun layihəsi Milli Məclisin plenar müzakirəsinə tövsiyə olundu


Müzakirələr zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bütün sahələr, o cümlədən yerli özünüidarəetmə üzrə xərclərin artırılmasını yüksək qiymətləndirdi. Komitə sədri ayrılan dotasiyaların bir hissəsinin subvensiyalara yönəldilməsini təklif etdi.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirdi ki, 2018-ci il əldə edilən bütün iqtisadi nailiyyətlər 2019-cu ilin büdcəsində əsas meyar kimi qəbul edilib. Diqqətçəkən məqam odur ki, 2019-cu ilin büdcəsi sosialyönümlüdür. Komitə sədri Gənclər Fondunun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar olaraq bu quruma ayrılan vəsaitin artırılmasını və idmançılarımıza qarşıdan gələn olimpiya oyunlarında lisenziya qazanmaq və bu yarışlarda uğurlar əldə etmək üçün görüləcək işlərə dəstək verilməsini təklif etdi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, dünyadakı beynəlxalq münasibətlərimiz ölkəmizin imicini yüksəldir. "Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb” deyən komitə sədri beynəlxalq münasibətlər sahəsində işlərin aparılmasına maliyyənin artırılmasını təklif etdi.

İclasda iştirak edən ombudsman Elmira Süleymanova bir sıra təkliflərlə çıxış etdi. Bağçalara nəzarətin icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilməsini təklif edən ombudsman bunun çox böyük əhəmiyyətinin olduğunu dedi. Bildirdi ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə reyd keçirməli, qəzalı şəraitdə olan məktəb və bağçaların təmiri məsələsinə baxmalıdırlar. Elmira Süleymanova onu da qeyd etdi ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır. Ombudsmanın digər təklifləri ana südü mətbəxləri yaradılması və regionlarda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı reabilitasiya şəbəkəsinin genişləndirilməsi barədə oldu.

Müzakirələr zamanı deputatlardan Fəzail Ağamalı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Şahin İsmayılov, Əflatun Amaşov və Kamran Bayramov 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı təkliflərlə çıxış etdilər. Maliyyə naziri Samir Şərifov təkliflərə münasibət bildirdikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM