Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:07 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Bankı İlham Əliyevin iqtisadi islahatlarını təqdir edir
Dünya Bankı İlham Əliyevin iqtisadi islahatlarını təqdir edir
ANA SƏHİFƏ / SİYASƏT
00:24 08.11.2018


Azərbaycanın "Doing Business-2019” hesabatında 32 pillə yüksələrək 190 ölkə arasında 25-ci yerdə qərarlaşması bunu bir daha təsdiqləyir


Müstəqil Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisi, iqtisadi gücü durmadan artır. Artıq bir neçə gündür müzakirə olunan Dünya Bankının "Doing Business-2019” hesabatının nəticələri bunu bir daha təsdiqləyir. Hesabata əsasən Azərbaycan dünyada həm də ən çox iqtisadi islahat aparan ölkədir. Respublikamız bu sahədə MDB məkanında lider dövlətdir.

Dünya Bankının hesabatını dəyərləndirən iqtisadçı ekspertlər, deputatlar da birmənalı şəkildə qeyd edirlər ki, ölkəmizdə həyata keçirilən iqtisadi və institusional islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkəmizin hesabatda 190 ölkə arasında 32 pillə yüksələrək 25-ci yerdə qərarlaşması isə həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilir.


İqtisadi islahatlar Azərbaycanı daha da qüdrətləndirir


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, əldə edilən uğurlar Azərbaycan Prezidentinin uzun illər apardığı məqsədyönlü fəaliyyətinin nəticəsidir: "Ümummilli lider Heydər Əliyevdən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dövrün tələblərinə cavab verən islahatların aparılması ilə qısa zamanda ölkəmiz keçmiş postsovet məkanında islahatların sürətinə görə ikinci yerdə qərarlaşdı. Son 15 ildə isə Azərbaycan bir çox sahələr üzrə MDB məkanında lider dövlətdir və öz mövqeyini qorumaqda davam edir”.

Aydın Mirzəzadənin fikrincə, əgər torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilməsəydi, bir milyondan çox məcburi köçkün faktoru olmasaydı, onda Azərbaycan dünya miqyasında daha öncül yerlərdə qərar tuta bilərdi. Deputat hesab edir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq.


İqtisadiyyatımız daha da güclənəcək


Milli Məclisin deputatı Kamran Bayramov isə hesabatda Azərbaycanın dünyanın ən çox islahat aparan ölkə kimi elan olunmasını sevindirici hadisə kimi qiymətləndirib.

Deputatın sözlərinə görə, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatlara bu cür yüksək qiymət verilməsi qürurvericidir: "Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü, dünyada iqtisadi böhranın hökm sürdüyü şəraitdə ölkəmizdə islahatların aparılması ikiqat çətinləşmişdi. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin iradəsi hesabına Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investorların ölkəmizə cəlb edilməsi istiqamətində məqsədyönlü islahatlar həyata keçirildi və bunun nəticəsində bir çox sahələrdə, o cümlədən, kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sferalarda inanılmaz uğurlar əldə edildi. Ölkədə iqtisadi artımla yanaşı, maliyyə sabitliyi təmin edildi. Bütün bunlar böyük nailiyyətlərdir”.

Deputatın fikrincə, ölkədə görülmüş işlər nəticəsində dövlət və biznes subyektləri arasında səmərəli əməkdaşlığın daha da gücləndirildiyini, Azərbaycanda həm yerli, həm də xarici şirkətlərə biznesin qurulması üçün olduqca əlverişli şərait yaradıldığını, sahibkarlara tətbiq edilən vergi siyasətinin xeyli liberallaşdırıldığını, idxal və ixrac siyasətinin əhəmiyyətli dərəcədə tənzimlənməsi bu uğurların tərkib hissəsidir.

Kamran Bayramov əlavə edib ki, Dünya Bankının nüfuzlu reytinqində Azərbaycanın, demək olar ki, bütün indekslər, o cümlədən tikinti üçün icazələrin verilməsi, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, biznesə başlama üzrə ön sıralara yüksəlməsi ölkəmizdə aparılan islahatların və görülən işlərin düzgün istiqamətdə getdiyini təsdiqləyir. Bütün bunlar isə iqtisadiyyatın daha da güclənəcəyi, dövlətin daha da qüdrətli olacağına əminlik yaradır.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM