Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Leyla Əliyevanın təşəbbüsü paytaxtın abadlaşdırılması prosesinə böyük təkan verir
Leyla Əliyevanın təşəbbüsü paytaxtın abadlaşdırılması prosesinə böyük təkan verir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:20 08.11.2018


IDEA İctimai Birliyinin və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri rayonlarının İcra hakimiyyətlərinin dəstəyi ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi uğurla davam edir. "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan daha bir həyət sakinlərin istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xıdmətindən verilən məlumata görə, yenilənən həyət Xətai rayonu, Afiyyəddin Cəlilov küçəsi 11, Fəzail Bayramov küçəsi 5, Firuz Qənbərov küçəsi 6 və Sergey Senyuşkin küçəsi 10 ünvanlarında 600 nəfər sakinin yaşadığı 4 ədəd beş mərtəbəli binaları əhatə edir. "Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının dəstəyi ilə "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan ümumi sahəsi 6500 kvadratmetr olan həyətdəki binalarda əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Binaların girişləri əsaslı təmir edilmiş, giriş qapıları müasir standartlara uyğun yeni kod tipli qapılarla əvəzlənmiş, girişlərdəki köhnə pəncərələr yeniləri ilə dəyişdirilmiş, binaların kürsü hissəsi aqlay üzlük daşı ilə üzlənərək fasadları əsaslı təmir olunmuşdur. Binaların girişlərindəki qeyri-qanuni tikililər sökülərək əvvəlki vəziyyətinə gətirilmişdir. Həyətdə yerləşən xeyir-şər evi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Həyətdə 680 metr uzunluğunda yeni səki daşları düzülmüş, köhnə asfalt örtüyü qaşınaraq 3500 kvadratmetrə yaxın yeni asfalt örtüyü salınmışdır. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilmiş, 600 kvadratmetrə yaxın ərazidə yaşıllıq zolağı salınmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yeni söhbətgah, idman qurğuları, uşaqlar üçün uşaq əyləncə mərkəzi quraşdırılmış və döşəməsi rezin örtüklə örtülmüşdür. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətə yeni müasir tipli oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılmışdır.

Qeyd edək ki, "Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilmişdir. Sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan yeddinci həyətdir. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM