08 Noyabr 2018 00:19
765
Təhsil
A- A+

Tələbələrə adlı təqaüd təqdim edilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini bildirib, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən S.Möhbalıyev dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyini, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə çoxlu sayda müasir tələblərə cavab verən məktəb binalarının tikildiyini diqqətə çatdırıb.

AHİK-in sədri dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev qeyd edib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. İndiyədək ümumilikdə 2209 tələbə adlı təqaüdə layiq görülüb.

Məlumat verilib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir və aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı işlər görülür. Belə ki, hər il komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən çox tələbə pulsuz yeməklə təmin olunur.

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük qayğı göstərdiyini vurğulayıb, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib.

Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 61 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub.

Çıxış edən tələbələr onların təhsilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video