Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıblar
İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:18 08.11.2018


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, 4 noyabr 2018-ci il tarixdə saat 15:25 radələrində DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonu Şahağacı kəndi istiqamətində İİR-dən AR-ə doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edilmişdir.

Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanmış və İİR sularına doğru geri üzmüşdür. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarətə götürülmüşdür. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılmış, qayığın dayandığı koordinatlarda suya keçirilmiş baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

Hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM