Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ARDNF “Şahdəniz” layihəsi üzrə gəlirlərini açıqlayıb
ARDNF “Şahdəniz” layihəsi üzrə gəlirlərini açıqlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:18 08.11.2018


Fond bu il AÇG layihəsindən 8,3 milyard dollar gəlir götürüb


2007-ci ildən bu ilin noyabr ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirləri 2 milyard 506 milyon dollar olub.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, bu ilin əvvəlində "Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən ARDNF-ə 108 milyon dollar əlavə bonus da ödənilib.

Məlumatda həmçinin bildirilir ki, fond 2001-ci ilin əvvəlindən bu il noyabr ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 136 milyard 782 milyon dollar gəlir əldə edib. Cari ilin yanvar-oktyabr aylarında isə AÇG layihəsi çərçivəsində ARDNF-ə 8 milyard 296 milyon, o cümlədən "Şahdəniz” yatağı üzrə kondensatın satışından 181 milyon dollar vəsait daxil olub.

Bu il yanvarın 29-da isə fonda "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq, ilk bonus ödənişi kimi 450 milyon dollar köçürülmüşdü.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM