Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:07 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:17 08.11.2018


Londonun "Excel London” arenasında "World travel market-2018” beynəlxalq turizm sərgisi açılıb. Beynəlxalq sərgidə Azərbaycan da iştirak edir. Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosu ölkənin yeni turizm brendi olan "Take another look” ("Yenidən fərqli baxışla bax”) marketinq kompaniyasının təqdimatını keçirib.

Müxtəlif ölkələrin dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimatda Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.

Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva isə Azərbaycanın mədəniyyətindən və tarixindən danışıb: "Ölkəmiz bir çox imkanlara malikdir. Mədəniyyətimiz, insanlarımız, qədim tarixi keçmişimiz, təbii gözəlliklərimiz turistləri hər zaman özünə cəlb edir. Bizim yeni brendi yaratmaqda məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.

Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı keçirilib. Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov media və turizm şirkətlərinin nümayəndələrinə Şəki, Şamaxı və digər turizm şəhərləri, eləcə də ölkəmizdə keçirilən beynəlxalq yarışlar haqqında məlumat verərək bildirib ki, qarşıdakı illərdə Azərbaycan Turizm Bürosunun Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Çin, Böyük Britaniya, Koreya Respublikası və Fransada nümayəndəliklərini açmağı planlaşdırırıq.

Sonra Azərbaycan Turizm Bürosunun nümayəndələri ölkəmizin turizm potensialı, marketinq strategiyası və yeni turizm siyasəti barəsində sualları cavablandırıblar.

Yeni kompaniyanın məqsədi xarici turistləri Azərbaycana dəvət etmək, bütün səyahətçilərə ölkəmizin özünəməxsusluğunu göstərmək və onlara unudulmaz xoş təəssüratlar bəxş etməkdir. Azərbaycanın yeni turizm imicinin, ölkəmizin turistlər üçün cəlbedici məkanlardan biri olması faktının dünya ictimaiyyətinə çatdırılması üçün qeyd olunun təqdimat xüsusi önəm kəsb edir.

Turizmi ölkənin ikinci ən böyük inkişaf istiqamətinə çevirmək və 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayının iki dəfə artırılmasına nail olmaq kompaniyanın strateji hədəfləri sırasındadır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM