Yeni platformanın tikintisində yerli infrastruktur və işçi qüvvəsindən istifadə ediləcək
"Yeni əsrin müqaviləsi” çərçivəsində "Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə ərazisində daha bir platformanın quraşdırılması nəzərdə tutulur. Qurğu keçən ilin sentyabr ayında AÇG üzrə imzalanmış yeni sazişin - "Yeni əsrin müqaviləsi”nin həyata keçirilməsinə xidmət edəcək.
Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformalarının arasında, mərkəzi nöqtədə yerləşəcək yeni qurğu "Mərkəzi Şərqi Azəri” platforması adlanacaq. Xəzərin Azərbaycan sektorundakı digər platformalar kimi, bu qurğu da yerli infrastrukturdan və işçi qüvvəsindən istifadə edilməklə tikiləcək. Əsas inşaat meydançaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun və Bibiheybətdəki ATA ("AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsinin ərazisində olacaq.
"Mərkəzi Şərqi Azəri”nin inşasına da əsasən yerli sakinlər cəlb ediləcək. Onların əksəriyyəti sözügedən istehsalat sahələrinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri olacaq. Layihənin tikinti mərhələsinin ən qaynar çağında - bu dövrün 2021-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir - yerli işçi qüvvəsinin sayının 3700 nəfərə çatacağı nəzərdə tutulur.
Xatırladaq ki, bundan əvvəlki layihələrdə də məhz həmin təcrübədən istifadə edilib. Məsələn, artıq istismarda olan "Şahdəniz-2” layihəsi ilə bağlı işlərdə 20 min nəfərə yaxın insan çalışıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
28 Mart
Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub
28 Mart
Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər...
28 Mart
“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin ...
28 Mart
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
28 Mart
Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur
28 Mart
Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir...
28 Mart
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!