Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:04 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftlə çirklənmiş ərazilər təmizlənərək bağlar, göllər məkanına çevriləcək
Neftlə çirklənmiş ərazilər təmizlənərək bağlar, göllər məkanına çevriləcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:16 08.11.2018


Dünyada həyata keçirilən neft-qaz əməliyyatları ətraf mühitə texnogen təsir edərək bir sıra ekoloji problemlər meydana gətirir. Neft-qaz sənayesi sürətlə inkişaf edən bir ölkə kimi Azərbaycan da bu problemlərdən kənarda qalmır. Odur ki, ölkəmizdə aparılan neft-qaz siyasətinin mühüm sahələrindən biri əməliyyatların ətraf mühitə və qlobal iqlim dəyişmələrinə təsirinin minimuma endirilməsi məsələsinin həllidir.

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən, aparılan təhlillərdən danışılarkən neftlə çirklənmiş ərazilər mövzusuna da toxunulmuşdur. İlk növbədə neftlə çirklənmiş ərazilərin təmizləndiyi qeyd edilmişdir.

Bu istiqamətdə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xətti ilə aparılan işlər təqdirəlayiqdir. Belə ki, şirkətin ekoloji siyasətinin əsas prioritetlərini neft-qaz yataqlarının işlənməsi, karbohidrogenlərin hasilatı və emalı zamanı çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. Son bir il ərzində 53 hektardan çox ərazinin neft və neft məhsullarından təmizlənərək abadlaşdırılması buna əyani misaldır. Neft və neft məhsulları ilə çirklənmiş ərazilərdə ekoloji monitorinq tədqiqatlarının həyata keçirilməsi, monitorinqin nəticələrinə əsasən rekultivasiya texnologiyalarının seçilməsi və çirklənmiş ərazilərin reabilitasiyası yenə də gündəmdədir.

Ekologiyaya qayğı göstərilərək istilik effekti yaradan qaz mənbələrinin inventarlaşdırılması və məlumat bazasının yenilənməsi həyata keçirilir. Aşağı təzyiqli səmt qazlarının atmosferə atılmasının 2030-cu ilə qədər tamamilə dayandırılması üçün işlər davam edir. Özüllərdə dəniz suyunu duzsuzlaşdıran "ƏKS-OSMOS” qurğularının quraşdırılması işləri genişləndirilir. İstismar müddəti bitmiş neft-mədən avadanlıqları və hidrotexniki qurğular sökülərək istehsalatdan çıxarılır. Bunlar neft-qaz layihələrinin ekologiyaya mənfi təsirini minimuma endirmək üçün görülən tədbirlərin yalnız bir hissəsidir. Bu tədbirlərə lay sularının və səmt qazlarının idarə olunması, istilik effekti yaradan qazların azaldılması, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi də daxildir.

Neft-qaz, neft-kimya sənayesində formalaşan tullantıların qeydiyyatı, çeşidlənməsi, toplanması, zərərsizləşdirilməsi, utilizasiyası kimi prosesləri birləşdirən, onların ekoloji tələblərə uyğun idarə edilməsinə təminat verən layihə - "Tullantıların İdarə Edilməsi Mərkəzi” layihəsi həyata keçirilmişdir. Bundan başqa bir sıra digər zəruri tədbirlər də görülmüşdür. Bunlar lay sularının yeraltı horizontlara vurulması yolu ilə utilizasiyası, özüllərdə formalaşan məişət çirkab sularının təmizlənməsi və digərləridir.

Atmosferə atılan səmt qazlarının azaldılması üzrə proqram da müvəffəqiyyətlə icra olunur. Son illər ərzində atmosferə atılan səmt qazlarının minimuma endirilməsi istiqamətində müəyyən nailiyyətlər əldə edilmişdir. Nəticədə SOCAR Dünya Bankının "2030-cu ilə qədər səmt qazlarının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” qlobal təşəbbüsünə ilk qoşulan şirkətlər sırasına daxil olmuşdur. Şirkət bu istiqamətdə Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı ilə əməkdaşlıq edir. Cari ilin may ayında Bakı bu qurumun toplantısına evsahibliyi etmişdir. Tədbirdə şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycan təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və təcrübənin xarici ölkələrdə tətbiqi məsələlərinin mümkünlüyü ilə bağlı maraqlı müzakirələr aparılmışdır.

Dənizdə və quruda yerləşən fəaliyyət sahələri üzrə mövcud ekoloji vəziyyətin tədqiqi, o cümlədən çirklənmə mənbələrinin müəyyənləşdirilməsi, ətraf mühitə təsirlərin araşdırılması, çirklənmənin növünün, dərəcəsinin və ariellarının təyin edilməsi üçün monitorinqlər həyata keçirilmişdir. Monitorinqlər həm də ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə təkliflər paketinin hazırlanması məqsədini daşıyır. Ekoloji Tədqiqatlar Ekspedisiyası indiyədək dənizdəki "Neft Daşları”, "Palçıq Pilpiləsi”, "Günəşli” yataqlarında monitorinqlər aparmışdır.

Qurudakı neft-qaz yataqlarında monitorinq tədqiqatları əsasən mədən ərazilərində neft və neft məhsulları ilə, eləcə də istehsal prosesində əmələ gələn digər tullantılarla çirklənmələrin öyrənilməsinə yönəldilir. Nəticədə çirklənmə mənbələrinin öyrənilməsi, istilik effekti yaradan qazların azaldılması, çirklənmiş ərazilər üçün rekultivasiya texnologiyalarının seçilməsi və s. üzrə təkliflər paketi hazırlanır. Sonra bu təkliflər üzrə görülən tədbirlər öz müsbət nəticələrini verir.

Nazirlər Kabinetinin iclasında Abşeron yarımadasında neftlə çirklənmiş yerlərin tam təmizlənəcəyinə inam ifadə olunmuşdur. Qeyd edilmişdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır. Onlar bu il də, gələn il də davam etdiriləcək. Odur ki, həmin yerlərin bağlar, yaşıllıqlar, göllər məkanına çevriləcəyi gün uzaqda deyil.


Flora SADIQLI,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM