Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:42 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub
“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
18:37 07.11.2018

Noyabrın 7-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtib etdiyi "İzahlı dilçilik terminləri lüğəti”nin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ədəbiyyat İnstitutunun elektron akt zalında keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlərin görüldüyünü xatırladıb. Akademik ölkə rəhbərinin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanını müstəqil respublikamızda dövlət dili istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasətin məntiqi davamı kimi səciyyələndirib.

O, dilçilik elminin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqamətlərin təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində təzə terminlərin yarandığını söyləyib. Bildirib ki, yeni dilçilik sahələrinin yaranması bu istiqamətdə terminlərin toplanması, onların sistemləşdirilməsi və "İzahlı dilçilik terminləri lüğəti”nin tərtibi zərurətini yaradıb. AMEA-nın vitse-prezidenti lüğətin Dilçilik İnstitutunun əməkdaşlarının uzun illər apardıqları tədqiqatlarının bəhrəsi olduğunu deyib.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilmək üçün Nazirlər Kabinetinə göndərildiyini xatırladan alim 2019-cu ildə yeniləşdirilmiş orfoqrafiya lüğətinin ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb. Akademik bununla paralel olaraq, yeni orfoepiya və sinonimlər lüğətlərinin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - Sayalı Sadıqova, İsmayıl Məmmədli, İsmayıl Kazımov və Qəzənfər Kazımov çıxış edərək kitabın nəşrinin Azərbaycan dilinin saflığının qorunması baxımından önəminə toxunublar. Qeyd olunub ki, lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib. Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilib, o cümlədən terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən, rus dili vasitəsilə başqa dillərdən alınan terminlər, ingilis dilindən birbaşa alınan terminlər və qohum türk dillərindən alınan terminlər əsas götürülüb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM