Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:02 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetində Azərbaycan-Polşa əlaqələrinin 100 illiyinə həsr edilən konfrans keçirilib
ADA Universitetində Azərbaycan-Polşa əlaqələrinin 100 illiyinə həsr edilən konfrans keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
18:32 07.11.2018

Noyabrın 7-də ADA Universitetində Azərbaycan ilə Polşa arasında əlaqələrin qurulmasının 100 illiyinə həsr edilən "Prometey hərəkatı II Dünya müharibəsindən əvvəl müsəlman xalqlara qarşı - Azərbaycanda və Orta Asiyada Prometey hərəkatı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində Prometey hərəkatına dair sərgi ilə tanış olublar.

Konfransın açılışında çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini söyləyib.
Azərbaycan-Polşa münasibətlərinə toxunan prorektor əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib.
Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ADA Universiteti ilə artıq bir neçə layihənin reallaşdırıldığını qeyd edib. O, Azərbaycan-Polşa münasibətlərinin genişləndiyini vurğulayıb.

Polşanın xarici işlər nazirinin müavini Bartoş Cixotski Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb, ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib. O, Polşanın və Azərbaycanın strateji tərəfdaşlar olmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini, həmçinin Azərbaycanın energetika sahəsində layihələrin həyata keçirilməsində önəmli rolundan danışıb.

Varşava Universitetinin Şərqi Avropa İnstitutunun professoru Pavel Koval çıxışında bildirib ki, bu, Prometey hərəkatına həsr olunmuş altıncı konfransdır. O, Polşada yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq etdiklərini söyləyib. "Biz istərdik ki, Polşa-Azərbaycan əlaqələri akademik səviyyədə olduğu kimi, bütün sahələrdə dərinləşsin”, - deyə professor bildirib.

Polşalı digər professor Przemislav Zuravski vel Qrajevski "Prometeizm” ideyasının tarixi barədə danışıb. O, Azərbaycanın Polşa üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.

Sonra konfransda tanınmış diplomat, ictimai xadim Ramiz Abutalıbov, gürcüstanlı tədqiqatçı Georgi Mamulia, Milli Məclisin deputatları Musa Qasımlı, Asim Mollazadə və başqaları çıxış edərək Prometeizm hərəkatı, həmçinin Azərbaycan-Polşa əlaqələri barədə fikirlərini bildiriblər.

Tədbir müzakirələrlə davam edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM